Icma.az
close
up
RU
İran böhranı yenidən gündəmdə: Bakı və Ankara üçün üçüncü yol varmı?

İran böhranı yenidən gündəmdə: Bakı və Ankara üçün üçüncü yol varmı?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrana yenidən mümkün müdaxilə ehtimalları beynəlxalq gündəmdə müzakirə olunur. Bu ssenarinin reallaşacağı halda region ölkələrinin, xüsusilə Azərbaycan və Türkiyənin hansı mövqeni tutacağı sual doğurur. 

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, ABŞ-nin İranda hakimiyyəti dəyişmək niyyətində olduğu açıq görünür. Məqsəd İranda öz maraqlarına uyğun bir hakimiyyət formalaşdırmaq və bu ölkəni nəzarət altında idarə etməkdir. Bu yanaşma ABŞ-nin uzunmüddətli strateji planının tərkib hissəsidir.

Politoloq bildirib ki, Vaşinqtonun yanaşmasına görə, ABŞ üçün təhlükə yaradan bütün amillər aradan qaldırılmalıdır. Onun sözlərinə görə, bu baxımdan İranda hakimiyyət dəyişikliyi ABŞ-nin regional və qlobal strategiyasında xüsusi yer tutur. ABŞ üç əsas təhlükə mənbəyini önə çəkir: iqtisadi gücünə görə Çini, hərbi gücünə görə Rusiyanı,  avronun maliyyə gücünə görə Avropanı:

"ABŞ-də hakimiyyətdə kim olmasından asılı olmayaraq istər respublikaçılar, istərsə də demokratlar bu strateji xəttə xidmət edilir. Fərq yalnız tətbiq olunan taktikalardadır. ABŞ bu strategiyanı qorumaq üçün müxtəlif bəhanələrdən istifadə edərək İrana təzyiq göstərməyə çalışır və hakimiyyəti dəyişmək niyyətini gizlətmir".

Müsahibimiz bildirib ki, uzun müddət İranın uranı zənginləşdirməsi əsas bəhanə kimi təqdim olundu və bu əsasla ölkəyə ağır sanksiyalar tətbiq edildi. Sanksiyaların məqsədi İranın sosial vəziyyətini pisləşdirmək, daxili narazılıqları artırmaq və inqilabi şərait formalaşdırmaq idi. 12 günlük hərbi əməliyyatlar, nüvə proqramı ilə bağlı iddialar da bu kontekstdə istifadə olunan bəhanələrdən biri oldu:

"Son dövrlərdə İranda sosial narazılıqların artması ABŞ üçün yeni imkan kimi qiymətləndirilir. ABŞ prezidenti İran rəhbərliyini açıq şəkildə hədələyərək hərbi zərbələr endirilə biləcəyini bəyan edib. Vaşinqton üçün istənilən bəhanə İranda hakimiyyəti dəyişmək məqsədinə xidmət edir".

Onun sözlərinə görə, ümumilikdə, ABŞ-nin yalan və dezinformasiya üzərində “həqiqət” formalaşdıraraq öz strateji maraqlarını həyata keçirməsi yeni hal deyil. İraq nümunəsi bunu açıq göstərir. Dediyinə görə, BMT tribunasından İraqda kütləvi qırğın silahlarının olduğu iddia edildi, dünya ictimaiyyəti aldadıldı, nəticədə ölkəyə hərbi müdaxilə olundu, Saddam Hüseyn edam edildi və İraqın sərvətləri nəzarət altına alındı:

"Eyni yanaşma Venesuelada da tətbiq edildi. “Narkotiklə mübarizə” adı altında Maduro hökumətinə təzyiq göstərildi, nəticədə ölkənin neft ehtiyatları faktiki olaraq ABŞ-nin nəzarətinə keçdi. Oxşar ssenari bu gün İran üçün də hazırlanır".

Müsahibimiz vurğulayıb ki, ABŞ-nin bu siyasətində əsas iqtisadi hədəflərdən biri Çindir:

"İran neftinin təxminən 70 faizi Çinə satılır. Çin ABŞ üçün əsas strateji rəqib hesab olunur. Vaşinqton Çinin iqtisadiyyatını zəiflətmək üçün enerji mənbələrinə gedən yolları bağlamağa çalışır. Bu baxımdan həm Venesuela, həm də İran ABŞ üçün hədəf ölkələrdir".

Ekspert qeyd edib ki, digər əsas faktor Rusiyadır. ABŞ Rusiyanın hərbi gücünü zəiflətmək və onu dünya siyasi xəritəsindən sıxışdırmaq üçün cənub cinahını bağlamağa çalışır. Ukrayna müharibəsi nəticəsində Rusiyanın Avropa ilə əlaqələri zəiflədilib. Növbəti mərhələdə Rusiyanın İran üzərindən Cənub Qafqaza, İran körfəzinə və Hind okeanına çıxış yollarının, o cümlədən Şimal-Cənub dəhlizinin bağlanması hədəflənir:

"Üçüncü mühüm məqam İranın geosiyasi mövqeyidir. İran Türkiyə, Azərbaycan və Türkmənistan arasında yerləşir. ABŞ üçün potensial təhlükə mənbələrindən biri də Turan İttifaqının formalaşması ehtimalıdır. Əgər türk dövlətləri vahid ittifaq halında birləşərsə, bu, 200 milyonluq əhali, 5 milyon kvadratkilometr ərazi və zəngin təbii sərvətlər deməkdir. Belə bir gücün formalaşması ABŞ və Qərb üçün strateji risk kimi qiymətləndirilir".

Azad Məsiyev: Həm Venesuela, həm də İran ABŞ üçün hədəf ölkələrdir

A.Məsiyevin fikrincə, bu səbəbdən ABŞ-nin İranda nəzarətə malik hakimiyyət formalaşdıraraq onu türk dövlətlərinə və mümkün Turan İttifaqına qarşı istifadə etmək niyyəti istisna edilmir.

İranda hərbi əməliyyatların başlanması həm Türkiyə, həm də Azərbaycan üçün ciddi narahatlıq yaradır. Quru əməliyyatları halında geniş qaçqın axını, sosial və humanitar problemlər yarana bilər. Unutmaq olmaz ki, İranda 50 milyona yaxın azərbaycanlı yaşayır və hərbi əməliyyatlar onların təhlükəsizliyinə birbaşa təhdid yarada bilər:

"Bu baxımdan Azərbaycan və Türkiyə daim dialoq və danışıqlar yolunu dəstəkləyib. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisi üçüncü dövlətlər tərəfindən qonşulara qarşı istifadə olunmayacaq - nə İran əleyhinə, nə də Rusiya əleyhinə.

Azərbaycan balanslaşdırılmış siyasət yürüdür, qonşularla dinc yanaşı yaşama prinsipini əsas götürür və regionda sabitliyin qorunmasında maraqlıdır. İranda hərbi əməliyyatların başlanması iqtisadi, sosial, hərbi və siyasi baxımdan region ölkələrinin maraqlarına uyğun deyil. Bu səbəbdən problemin yalnız dialoq yolu ilə həll edilməsi vacibdir".

Azad Məsiyev vurğulayıb ki, buna baxmayaraq, ABŞ istənilən bəhanəni əsas gətirərək İranda hərbi əməliyyatlara başlamaq imkanını açıq saxlayır və tarix boyu olduğu kimi, yenə də yalan üzərində öz maraqlarını həyata keçirməyə çalışır.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri