Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

İRAN VƏ İSRAİL ÜÇÜNCÜ DÜNYA SAVAŞINI BAŞLADIR? “Ankara bunun qarşısını ala bilər”

İRAN VƏ İSRAİL ÜÇÜNCÜ DÜNYA SAVAŞINI BAŞLADIR? “Ankara bunun qarşısını ala bilər”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İran İsrailin 13 iyun səhəri paytaxt Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri ilə yanaşı, Loristan, Kirmanşah, Huzistan, Həmədan, Qum və Şiraz şəhərlərinə qarşı həyata keçirdiyi hava hücumlarına qarşılıq olaraq cavab əməliyyatlarına başlayıb. 

Hücumların qarşılıqlı şəkildə artdığı bir vaxtda beynəlxalq ictimaiyyətin gündəminə “Üçüncü Dünya Müharibəsi başlayır?” sualı ortaya çıxıb. 

"AzPolitika" xəbər verir ki, "Turkiyegazetesi"ndəbölgədəki gərginliyi  siyasi şərhçi Furkan Kaya, araşdırmaçı-jurnalist Çağatay Cebe və politoloq Ali Semin ilə müzakirə edib.

Yedditəpə Universitetinin müəllimi, dosent Furkan Kaya mövzunu şərh edərkən bildirib ki, İsrailin bu addımı artıq qapalı münaqişənin açıq müharibəyə çevrilməsi anlamına gəlir. Onun sözlərinə görə, Netanyahu bu gərginliyi bilərəkdən yaradır və məqsədi həm Qəzzada törətdiyi qətliamdan diqqəti yayındırmaq, həm də daxili siyasətdə öz mövqeyini qorumaqdır. Kaya qeyd edir ki, əgər İranın yüksək rütbəli komandirləri bu hücumlarda hədəf alınıb və zərər görüblərsə, bu, İran rejiminin “sinir sisteminə” birbaşa zərbə deməkdir.

Furkan Kaya ABŞ-nin, xüsusilə də Donald Tramp administrasiyasının bu məsələyə münasibətini də şərh edərək bildirib ki, Tramp hərtərəfli müharibə istəmir. O, İranı zəiflədərək danışıqlarda üstünlük əldə etmək niyyətindədir. Bununla həm də ABŞ-nin iqtisadi maraqlarını qorumağa çalışır. Kaya İranın cavab verəcəyini istisna etmir və bildirir ki, bu cavab birbaşa yox, dolayı yolla olacaq. İran ya proksi qüvvələr vasitəsilə, ya da enerji yollarını hədəf alaraq cavab verə bilər. Xüsusilə Hörmüz boğazının bağlanması halında neft böhranı yaranacaq və bu bütün dünyaya təsir edəcək.

O, həmçinin qeyd edir ki, bu vəziyyətdə Çin və Rusiyanın verəcəyi reaksiya da çox vacibdir. Əgər bu iki dövlət susqunluq nümayiş etdirsə, bu, yalnız İran üçün yox, ümumilikdə Qərb xarici ittifaqına alternativ olmaq iddiasında olan çoxqütblü dünya düzəninə zərbə olacaq. Kaya əlavə edir ki, Türkiyə bu prosesdə vacib katalizator rolunu oynaya bilər. Ankara həm diplomatik, həm də geosiyasi imkanları ilə münaqişənin böyüməsinin qarşısını almağa qadirdir.

Araşdırmaçı-jurnalist Çağatay Cebe isə bildirib ki, İsrailin kəşfiyyat xidməti "Mossad" artıq 20-25 ildir ki, İranın daxilinə sızıb. O, sabiq İran prezidenti Mahmud Əhmədinejadın bu barədə illər öncə verdiyi açıqlamanı xatırladaraq qeyd edir ki, İranın nüvə üzrə çalışan alimləri sistematik şəkildə ortadan qaldırılıb və bu, "Mossad"ın ciddi şəkildə İran dövlət strukturlarına daxil olduğuna sübutdur. Cebe deyir ki, "Mossad" casuslarını İranlı kimi yetişdirib, onların şəxsiyyətlərini dəyişdirib və onların vasitəsilə etibar qazanıb. İran isə buna qarşı yetərli əks-kəşfiyyat tədbirləri görə bilməyib.


Hizbullah məsələsinə toxunan Cebe, İsrailin bu təşkilata qarşı apardığı planlı siyasətin nəticə verdiyini qeyd edir. Onun sözlərinə görə, İsrail məqsədli şəkildə Hizbullahın təcrübəli heyətini sıradan çıxarıb. İndi onların yerinə gələnlər təcrübəsizdir və bu, Hizbullahı zəif vəziyyətə salıb. Hətta Livan ordusu son günlərdə Hizbullaha məxsus bəzi nəzarət məntəqələrini geri alıb, BMT sülhməramlılarının isə bölgədən çəkilməsi gündəmdədir. Bu da təşkilatın əvvəlki nüfuzunu itirdiyini göstərir.

İstanbul Gelişim Universitetinin müəllimi, ODAP-ın qurucu direktoru Ali Semin də İsrailin hücumunu İran üçün qırmızı xətlərin keçilməsi kimi qiymətləndirir. Onun fikrincə, bu hücum sadəcə hərbi obyektlərə deyil, İranın baş qərargah rəhbərliyi və elit hərbi strukturlarına yönəlib. Zərbələr nəticəsində onlarla yüksək rütbəli komandanın həlak olduğu bildirilir. Semin əlavə edir ki, əgər İran bu hücumlara qarşı adekvat cavab verməsə, ölkə daxilində və beynəlxalq arenada ciddi nüfuz itkisi ilə üzləşə bilər. Onun sözlərinə görə, İranın cavabı sadəcə İsrailə qarşı deyil, ABŞ-nin bölgədəki diplomatik nümayəndəliklərinə və müttəfiqlərinə qarşı da ola bilər.

Bütün bu açıqlamalar göstərir ki, bölgədə vəziyyət son dərəcə kritikdir. İran və İsrail arasında baş verən son hadisələr təkcə bu iki ölkə ilə məhdudlaşmır, eyni zamanda bütün Yaxın Şərq və daha geniş mənada dünya təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Hadisələrin inkişafı həm geosiyasi, həm də iqtisadi baxımdan beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Münaqişənin böyüməsi ehtimalı, enerji bazarlarına, beynəlxalq ticarət yollarına və qlobal sabitliyə birbaşa təsir göstərə bilər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyun 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri