Icma.az
close
up
RU
İran böhranı enerji marşrutlarını dəyişir: Ankara Bakı faktoru önə çıxır

İran böhranı enerji marşrutlarını dəyişir: Ankara Bakı faktoru önə çıxır

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hörmüz böhranı enerji təhlükəsizliyi anlayışını dəyişir

Hörmüz boğazı uzun illər dünyanın ən mühüm enerji qapısı olsa da, ABŞ-İran qarşıdurması göstərdi ki, dünya enerji sistemi yalnız bir boğazdan asılı qala bilməz. Bu səbəbdən də yaranmış reallıq enerji bazarında yeni düşüncə formalaşdırıb. Artıq əsas məsələ hasilatın həcmi deyil, həmin neftin təhlükəsiz şəkildə istehlakçıya çatdırılmasıdır. Başqa sözlə, XXI əsrin enerji savaşında qalib olan ölkə daha çox neft istehsal edən yox, həmin nefti təhlükəsiz marşrutla dünya bazarına çıxara bilən dövlət olacaq.

İraqın qərarı təsadüfi deyil

İraqın son addımları da məhz bu yeni geosiyasi reallığın nəticəsidir. Neft gəlirləri dövlət büdcəsinin 90 faizindən çoxunu təşkil edən İraq üçün Hörmüzdə yaranmış risklər iqtisadi deyil, dövlət təhlükəsizliyi problemidir. Bağdad buna görə Bəsrə və Kərkük yataqlarını Türkiyənin Ceyhan limanı ilə birləşdirəcək yeni boru kəmərlərinin tikintisini sürətləndirir. Eyni zamanda Suriyanın Baniyas limanına və gələcəkdə İordaniyanın Aqaba limanına çıxış imkanları da nəzərdən keçirilir. Bu layihələr göstərir ki, İraq artıq neft ixracının istiqamətini Fars körfəzindən Aralıq dənizinə doğru dəyişməyə başlayıb. Bu, sadəcə yeni boru kəmərinin tikintisi deyil, enerji strategiyasının dəyişməsidir.

Bu dəyişikliklərin mərkəzində isə yenə də Türkiyə dayanır. Çünki Suriya və İordaniyadan fərqli olaraq eenrji ehtiyatlarının Türkiyə üzərindən Avropa  və dünya bazarına çıxarmaq daha əlverişlidir. Bunun bir neçə səbəbi var. Birincisi, enerji ehtiyatları Türkiyə üzərindən mövcud infrastrukturlar vasitəsi ilə alıcı ölkələrə çatdırıla bilər. İkincisi, Türkiyə daha etibarlı və təhlükəsizdir. Üçüncüsü isə Türkiyə ən qısa yoldur. 

Yeni boru xətlərinin planlaşdırılması və İraq-Türkiyə əməkdaşlığının genişlənməsi göstərir ki, Ankara yaxın illərdə Avrasiyanın əsas enerji tranzit mərkəzinə çevriləcək. Əslində Ceyhan artıq liman deyil, geosiyasi platformadır.

Yaranmış reallıq Azərbaycanın strateji dəyəri və əhəmiyyətini də yeni səviyyəyə qaldırır. İllər əvvəl reallaşdırılan Bakı-Tbilisi-Ceyhan layihəsi bu gün özünün ən strateji dövrünü yaşayır. Vaxtilə yalnız Xəzər neftinin ixracı üçün nəzərdə tutulan bu infrastruktur artıq yeni enerji sisteminin nüvəsinə çevrilir. Çünki Ceyhan terminalının beynəlxalq əhəmiyyəti artdıqca, həmin terminalın əsas enerji təminatçılarından biri olan Azərbaycan da yeni geosiyasi üstünlüklər qazanır.

Ankara və Bakı yeni enerji ittifaqının mərkəzindədir

Əgər XX əsrdə neft yataqlarına sahib olmaq əsas üstünlük sayılırdısa, XXI əsrdə üstünlüyü enerji dəhlizlərinə nəzarət müəyyən edir.

Bu baxımdan Türkiyə və Azərbaycanın mövqeyi sürətlə güclənir. Şərq-Qərb, Orta Dəhliz, Bakı-Tbilisi-Ceyhan, TANAP və digər layihələr artıq bir-birini tamamlayan vahid geoiqtisadi sistem yaradır.

İraq neftinin də bu sistemə qoşulması Ankara ilə Bakının rolunu daha da artıracaq. Bu, təkcə iqtisadi üstünlük deyil. Bu, həm də siyasi təsir imkanlarının genişlənməsi, Avropanın enerji təhlükəsizliyində həlledici söz sahibinə çevrilmək deməkdir.

Məhz buna görə qarşıdakı illərdə geosiyasi rəqabət təkcə neft yataqları uğrunda deyil, enerji dəhlizlərinə nəzarət uğrunda gedəcək. Bu rəqabətdə isə ən böyük üstünlüyə malik olan ölkələr Türkiyə və Azərbaycandır. Çünki onlar artıq sadəcə tranzit dövlətləri deyil, Avrasiya enerji təhlükəsizliyinin əsas memarlarına çevrilirlər.

Beləliklə, ABŞ-İran qarşıdurmasının yaratdığı yeni geosiyasi reallığın ən mühüm nəticəsi budur: Hörmüz əvvəlki strateji üstünlüyünü itirdikcə, Ceyhan yüksəlir. Ceyhan yüksəldikcə isə Ankara və Bakı qlobal enerji siyasətinin əsas güc mərkəzlərindən birinə çevrilir.

Mürtəza Bünyadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri