İran bu qüvvələri Suriyaya göndərdi Təcili
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Suriya Prezidenti Bəşər Əsədin müraciətinə cavab olaraq İranın İraqdakı özünə bağlı qüvvələri müttəfiqinə köməyə göndərdiyi bildirilir.
Axar.az xəbər verir ki, Suriya ordusundakı iki mənbə İranın dəstəklədiyi milislərin bu gecə İraqdan Suriyaya daxil olduğunu təsdiqləyib. Onlar üsyançılarla döyüşən Suriya ordusu qüvvələrini gücləndirmək üçün Suriyanın şimalına gedir.
Suriya ordusunun yüksək rütbəli şəxsinin “Röyters” agentliyinə verdiyi məlumata görə, İrana bağlı “Həşd əş-Şabi” döyüşçüləri də Əl-Bukamal keçidi yaxınlığında hərbi marşrutla Suriyaya keçib.
“Bunlar şimalda cəbhə xəttindəki yoldaşlarımıza kömək etmək üçün göndərilən yeni əlavə qüvvələrdir”, - deyə mənbə vurğulayıb. O əlavə edib ki, milislərə İraqın “Kətaib-Hizbullah” və “Fatimiyyun” qruplaşmaları da qoşulub.
Baxış sayı:85
Bu xəbər 02 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















