İran bu vəziyyətdə danışıqları davam etdirməyi “məntiqsiz” hesab edir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran, İsrail Livanı bombalamağa davam edəcəyi təqdirdə, danışıqları davam etdirməyin “məntiqsiz” olacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu bəyanatla İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf çıxış edib.
Qalibaf bildirib ki, İsrail İranın dəstəklədiyi “Hizbullah” silahlı qruplaşmasına qarşı paralel müharibəni gücləndirməklə artıq həmin atəşkəsin bir neçə şərtini pozub:
“ABŞ isə İranın nüvə ambisiyalarından imtina etməsini tələb etməklə razılaşmanı pozub.Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məntiqsizdir”.
İsrail və ABŞ rəsmiləri isə bəyan ediblər ki, iki həftəlik atəşkəs Livanı əhatə etmir. İsrailin Baş naziri Benyamin Netanyahu Livana zərbələrin davam edəcəyini söyləyib.
“Məncə, iranlılar atəşkəsin Livanı da əhatə etdiyini düşünürdülər, amma bu, belə deyildi”, - ABŞ-ın vitse-prezidenti Cey Di Vens Budapeştdə jurnalistlərə deyib.
Xatırladaq ki, ötən gün ABŞ və İran ən yüksək səviyyədə iki ölkə arasında 2 həftəlik atəşkəs barədə razılığa gəlindiyini açıqlayıb.
Ötən gün, həmçinin İsrail Livana zərbələr endirib, yüzlərlə insan həlak olub. Bu, İsrailin Livana hücumlarının başlamasından etibarən qeydə alınan ən genişmiqyaslı bombardman hesab olunur.
Bu mövzuda digər xəbərlər:“İran danışıqları davam etdirməyi xahiş edir” − Tramp
10 İyul 2026 18:59
Rubio: “Tramp Ukraynadakı müharibəni ən məntiqsiz savaş hesab edir”
03 Dekabr 2025 09:54
Amerikalıların məntiqsiz mövqeyi ilə qarşılaşırıq”
20 May 2025 15:40
Həm yalan, həm də məntiqsiz
02 Aprel 2025 10:19
Paşinyanın Bakıya məntiqsiz təklifi: Bu, tarixən olmayıb!
27 Fevral 2025 08:00
Baxış sayı:142
Bu xəbər 09 Aprel 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















