Icma.az
close
up
RU
İran çətin seçim qarşısında: “Ya güzəştə getməlidir, ya da…” Tehran üçün DƏHŞƏTLİ SSENARİ KONKRET

İran çətin seçim qarşısında: “Ya güzəştə getməlidir, ya da…” Tehran üçün DƏHŞƏTLİ SSENARİ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şənbə günü İranla ABŞ arasında “böyük görüş” olacaq”. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, İranla görüş yüksək səviyyədə keçiriləcək. Bundan başqa, o, İranla birbaşa danışıqların aparıldığını da qeyd edib. Bu məsələdə bir çox nüanslar diqqət çəkir. Belə ki, Tramp görüşdən və danışıqlardan danışır, ancaq İran bunların heç birinə razı olmayacağını açıqlayır. Belə olan halda Trampın Netanyahu ilə görüşdə səsləndirdiyi fikirlər nəyə hesablanıb?

Mövzunu KONKRET.az-a politoloq Natiq Miri şərh edib:

İran rəsmilərinin nə dediyinə yox, hansı addımı atdığına fikir vermək lazımdır. İran nəinki danışıqlara razılaşıb, hətta bunu edəcək şəxsi də müəyyənləşdirib. Artıq ayın 12-də Omanda Abbas Araqçı danışıqlar aparacaq. Ancaq nəticənin necə olacağını demək çətindir. Çünki Tramp hədəfləri ən yüksək səviyyədə qoyur, sonra isə davamlı təzyiqlərlə istədiyinə nail olmağa çalışır. İranla danışıqlar məsələsi də belədir. Qeyd edim ki, İran öncə Trampın Xomeneiyə məktub yazmadığını bildirirdi. Ancaq sonradan bu, nəinki etiraf olundu, hətta Oman vasitəsi ilə məktuba cavab verdilər. Elə danışıqlar məsələsinə də öncə razılaşmadılar. Ancaq sonradan ABŞ-ın “bombardman” açıqlamasının real olduğunu dərk etdilər və dərhal verdikləri sözü geri götürdülər. Ona görə də, danışıqların davam edəcəyini düşünürəm və bu, ikitərəfli qaydada həyata keçiriləcək. Nəticələrin necə olacağını isə demək çətindir. Çünki ABŞ yeni nüvə sazişi irəli sürür və burada nüvə məsələsindən birdəfəlik əl çəkmək tələb edilir. Bu isə İranın onilliklərlə əziyyət çəkib ortaya qoyduğu nüvə sisteminin üzərindən xətt çəkə bilər. Eyni zamanda İranın tələbləri də mövcuddur. Belə ki, İranla bağlı maliyyələrin dondurulmasından imtina edilməli və vəsaitlər Tehrana verilməlidir. Eyni zamanda İran neftini daşıyan tanker və şirkətlərə qoyulan embarqolıarın ləğvi də tələb kimi irəli sürülür. Ancaq bütün bunların fonunda İranın bombalanması ehtimalı çox yüksəkdir. Əgər İran güzəşt etməsə, bu, baş verəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri