Icma.az
close
up
RU
Ermənistan çətin seçim qarşısında: Ya hərb, ya sülh

Ermənistan çətin seçim qarşısında: Ya hərb, ya sülh

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Ermənistanın müharibəyə hazırlaşdığına dair məlumatlar, proqnozlar səsləndirilir. Rəsmi İrəvanın silahlanması, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının ləngidilməsi fonunda səsləndirilən fikirlərin həqiqiliyi ehtimalını artırır.

Bu, nə dərəcədə realdır? Paşinyan indiki şərtlərdə eskalasiyaya gedərmi?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Ermənistanın silahlanmasının iki məqsədi var:

“44 günlük müharibədən sonra Ermənistan ordusu həm canlı qüvvə, həm də hərbi texnika baxımından kifayət qədər çətin vəziyyətə düşdü. Lakin məsələ yalnız müharibədə verilən itkilərlə bağlı deyil. Həmçinin sonrakı dövrdə Rusiyaya qarşı apardığı siyasət nəticəsində Kremldən hərbi yardımların dayandırılması, azaldılmasının da müəyyən təsiri oldu. Əvvəl Rusiya Ermənistana silahları ya pulsuz verirdi, ya da bazar qiymətindən çox aşağı məbləğdə verirdi. Bu da rəsmi İrəvana sərf edirdi.

İndi bu imkanları əlindən çıxdığı üçün digər variantlardan istifadə etməyə çalışır. Bu isə daha çox pul tələb edir. Nə Hindistan, nə də digər Qərb ölkələri Ermənistana Rusiyanın etdiyi güzəştlər çərçivəsində silah verir. Ermənistanın 2025-ci il dövlət büdcəsində hərbi xərclərinin 1.7mlyrddan çox olmasının səbəbi də budur”.

Asif Nərimanlı

Politoloqun sözlərinə görə, nə qədər Azərbaycanla sülh danışıqları getsə də regionda hələ də hərbi gərginlik perspektivi mövcuddur:

“İstənilən vaxt Ermənistanda sülh danışıqlarına alternativ kimi hərbi ssenarilər planlanıb. Lakin Azərbaycana qarşı hərbi üstünlük qazanmaq mövcud vəziyyətdə mümkün deyil. Ermənistan ordunu gücləndirməklə uzaq perspektivdə regionun şərtləri dəyişəcəyi təqdirdə Azərbaycan üzərində hər hansı hərbi üstünlük qazanmaq şansını qiymətləndirir. Amma bunun tez bir zamanda mümkün olmayacağını çox yaxşı anlayırlar.

Ermənistan sərhəddə kiçikçaplı gərginliklərin olmasında maraqlıdır. İrəvana böyük gərginlik sərf etmir. Çünki adekvat addım Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxarır. Sözügedən təxribatlar, gərginliklər sülh danışıqlarında mövcud gündəliyi müəyyən qədər arxaya keçirir, yeni vəziyyət, şərait yaradır. Hərbi gərginlik beynəlxalq ictimaiyyətin də diqqətini sülhün bağlanmasına yönləndirir. Siyasi müstəvidə tərəflərə təzyiqlər və təsirlər artır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri