Icma.az
close
up
RU
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər Dəhşətli ssenari KONKRET

İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər Dəhşətli ssenari KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kipr lideri Nikos Xristodulidis İsrail və İran arasında gərginliyin ölkəsinə də təsir göstərə biləcəyini deyib. Onun sözlərinə görə, İran nüvə silahına sahib olacağı təqdirdə Kipr də təhlükə altında qalacaq.

Sitat: “Biz İsraildən cəmi 30 dəqiqəlik məsafədəyik. İsrail Kiprin bölgədəki ən yaxın müttəfiqidir”.

İran Kiprə hansı halda zərbə endirə bilər və bunun cavabı nə olar? İran–İsrail qarşıdurmasının ada dövlətinə hərbi və siyasi təsirləri ola bilərmi? Bu prosesdə Türkiyə necə mövqe sərgiləyər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, İranın nüvə silahına sahib olması bütün bölgə ölkələri kimi Kipr üçün də təhlükə doğuracağı şübhəsizdir:

“Xüsusilə Kiprin İsrailə yaxın coğrafiyada yerləşməsi İranın nüvə silahı ilə bağlı narahatlıqları artırır. İranın İsrailə nüvə silahı tətbiq etməsi Kipr üçün nüvə radiasiyası təhlükəsini yaradar. Digər tərəfdən, İranın ABŞ-ın bölgədəki maraqlarını hədəf alacağı ehtimalı da Kipri qorxudur. Əlbəttə, İran belə bir avantüraya əl atsa, onu çox sərt cəzalandıracaqlar. Ancaq bu, nüvə zərbəsinə məruz qalmış ölkə üçün təsəlli olmayacaq”.

Politoloq qeyd edib ki, belə bir ssenaridə Türkiyənin nə edəcəyini müəyyənləşdirmək çətindir:

“Çünki Türkiyənin İsrail və Kiprlə də münasibətləri gərgindir. Xristodulidisin açıqlaması heç şübhəsiz ki, İsraillə daha yaxın münasibətlər qurmağa hesablanıb.

Kiprdə yaxşı bilirlər ki, ABŞ Nümayəndələr Palatasının üzvləri, Demokrat konqresmen Coş Qotteymer və respublikaçı Maykl Loulerin təklif etdiyi “Bunker məhvedici” Qanun (Bunker Buster Act) layihəsi qəbul olunarsa, İsrail faktiki olaraq hərbi gücə çevriləcək. Qeyd edim ki, konqresmenlərin təklif etdiyi “Bunker Buster Act”ı  İsrailə Northrop B-2 Spirit bombardmançı təyyarələrinin və 14 min kiloqramlıq GBU-57 Massive Ordnance Penetrator aviabombalarının verilməsini nəzərdə tutur. Söhbət Vaşinqtonun müttəfiqlərinin heç birinə vermədiyi “gözəgörüməz təyyarələr”in İsrailə təzhizatından gedir”.

X.Cəfərli əlavə edib ki, bu gün İsrail ABŞ, Çin, Böyük Britaniya və Rusiya ilə yanaşı, dünyanın ən güclü aviasiyaya malik beş ölkəsinin içərisində dördüncüdür:

“İsrailə B-2 “gözəgörüməz təyyarələr”inin verilməsi onu ABŞ-dan sonra ən güclü aviasiyaya malik ikinci ölkəyə çevirəcək. Kipr də belə bir gücə malik dövlətlə müttəfiq olmağa can atır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri