Icma.az
close
up
RU
İran danışılqar masasında oturmaq və müvafiq güzəştlərə getmək məcburiyyətindədir

İran danışılqar masasında oturmaq və müvafiq güzəştlərə getmək məcburiyyətindədir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Uzun illər ərzində həm ABŞ, həm də İran bir-birilərini düşmən olaraq elan etmələrinə baxmayaraq birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək addımlardan çəkiniblər. ABŞ-da ayrı-ayrı hakimiyyələrin dövründə İranla bağlı siyasət əsasən sərt sanksiyalar üzrəində qurulmuşdu.
Lakin Trampın ikinci dəfə hakimiyyətə qayıdışı hər şeyi dəyişdi. Əvvəlcə Bayden hakimiyyəti dövründə İsrailə verilməyən qırıcılar və ağır bombaların verilməsi istiqamətində addımlar atıldı, ardınca isə İranla danışıqlar prossesi dayandırıldı və İsrailə İrana zərbə endirmək icazəsi verildi. Heç kimə sirr deyil ki, İsrail İrana qarşı hərbi əməliyyatlara birbaşa Trampın razılığı ilə başlayıb.
Nəticədə biz 11 günlük gərgin savaşa şahidlik etdik və ən sonda da ABŞ-ın birbaşa hərbi müdaxiləsi ilə İranın əsas nüvə obyektlərinin bombalandığını gördük. İsrailin zərbələrinə cavab olaraq İranın da İsrailin hədəf alması ABŞ-la bağlı da müvafiq zərbələrin olmasını şərtləndiridi. İranın nüvə obyektlərində olan zənginləşdirilmiş uranın başqa yerə köçürüldüyünü bilə-bilə ən azından infrastrukturu sıradan çıxarmaqla İranı nüvə sahəsində on illərlə geri salan ABŞ bu zərbələrlə öz imicini və mövqeyini necə möhkəmləndirdisə İranda eyni şəkildə ABŞ-ın Qətər və İraqda olan və məlumatlara görə İran zərbələrinə görə boşaldılmış hərbi bazalarını vurmaqla öz imicini qorumuş oldu. Bununla da tərəflərin hər biri ilkin istəklərini təmin etmiş oldular.
İndi olduqca vacib mərhələ atəşkəs və danışıqlar mərhələsi başlayır. İranın artıq danışıqlar masasında hərbi əməliyyatlardan öncəki davranışlarını sərgiləmək imkanları yoxdur. İrana indi təklif olunacaq sazişin də əvvəlkindən daha sərt olacağına şübhə yoxdur. Hər şey danışıqlarda İranın necə davaranacağından asılı olacaq. İran ABŞ-ın istədiyi hər şeyə hə deyəcəyi halda nüfuzunu itirə, heç bir güzəşti qəbul etməyəvəyi halda isə hər şeyi itirə bilər. Qızıl ortanın tapılıb-tapılmayacağını zaman göstərəcək. Amma İranın hansısa güzəştlərə getməsi mütləqdir. Çünki İran son 10-11 gün ərzində İsrailin intensiv zərbələri nəticəsində istər komanda zənciri, istərsə də hərbi texnika sarıdan 8 il davam edən İran-İraq müharibəsindən daha çox zərər vurub. Mən hələ infrastrikturdan danışmıram.
Digər tərəfdən İran bu müddət ərzində meydanda tək qaldığını, müttəfiqlərin ancaq bəyanatlarla kifayətləndiyini də gördü. İranın "ön müdafiəsi" saydığı regional dəstəkçiləri və proksi qüvvələri isə son 20 aylıq müharibədə İsrailin hücumları ilə zəiflədilib və ya məhv edilib. Odur ki, İran danışılqar masasında oturmaq və müvafiq güzəştlərə getmək məcburiyyətindədir. Bunları nəzərə alaraq deyə bilərik ki, problemin danışılqar yolu ilə həll edilməsi imkanları var.
Yusif Bağırzadə, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 İyun 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri