Icma.az
close
up
RU
“İRAN DİVARA SIXILSA, BU ARSENALI İŞƏ SALA BİLƏR.... Rusiya tükənir, atəşkəs ola bilər...”

“İRAN DİVARA SIXILSA, BU ARSENALI İŞƏ SALA BİLƏR.... Rusiya tükənir, atəşkəs ola bilər...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

"ABŞ-nin İrana hücum ehtimalı çox aşağıdır...İranda xaos yaratmaq o qədər də asan deyil

 "Bu, ABŞ əks-kəşfiyyatının çox ciddi uğursuzluğudur..."

Tanınmış hərbi analitik Aqil Rüstəmzadə regionda və dünyada baş verən əsas hadisələrlə bağlı "AzPolitika"nın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

– Aqil bəy, əvvəlcə İran ətrafında yaranmış vəziyyəti dəyərləndirməyinizi istərdik. ABŞ-nin regiona böyük hərbi qüvvələr gətirməsi yaxın zamanlarda hücum əmri veriləcəyini deməyə əsas verirmi?

– Hazırda müşahidə etdiyimiz proseslərin əsas hissəsi informasiya və psixoloji müharibənin tərkib hissəsidir. Son bir-iki həftədə bunun açıq əlamətlərini görürük. ABŞ və İsrail bu mərhələdə İrana qarşı genişmiqyaslı hava kampaniyası aparmaq üçün yetərli hərbi-logistik potensial toplaya bilməyiblər. Unutmayaq ki, İran çox böyük əraziyə və ciddi hərbi imkanlara malik dövlətdir.

İraq müharibəsi zamanı ABŞ aylarla hazırlıq görmüşdü. İraqın nə ciddi raket arsenalı vardı, nə də ABŞ və İsrail bazalarına cavab vermək imkanı. İran isə həm qısa, həm orta, həm də uzunmənzilli raketlərə sahibdir. İran divara sıxılsa, bu arsenalı işə sala bilər.

– Deməli, hazırkı hərbi fəallıq real müharibədən çox, təzyiq mexanizmidir?

– Bəli. ABŞ məhdud, lokal zərbələr endirə bilər – 10, 20, 30 hədəf vurula bilər. Amma bu, strateji nəticə verməz. İranda idarəetmə sistemi artıq çoxpilləlidir, hər vəzifənin alternativləri var. Xaos yaratmaq o qədər də asan deyil. 

Əsas məqsəd İranı siyasi danışıqlara məcbur etməkdir. Nüvə proqramından imtina, ballistik raket sınaqlarının dayandırılması əsas tələblərdir. Hazırkı təzyiqlər də məhz bu məqsədə xidmət edir.

– Hücum olarsa, İranın mümkün cavab zərbələri hansı miqyasda ola bilər? Regionda hansı ölkələr risk altındadır?

– İranın yüzlərlə, bəlkə də minə yaxın raketi var. Bu raketlər ABŞ-nin regiondakı bazalarını, İsrailin hərbi obyektlərini hədəf ala bilər. Bu amil ABŞ və İsraili genişmiqyaslı müharibədən çəkindirən əsas səbəblərdən biridir.

Bundan əlavə, ABŞ və İsrailin radioelektron mübarizə imkanları çox güclüdür. İranın hava məkanına nəzarət imkanları ciddi şəkildə zəiflədilə bilər. Amma raket təhlükəsi hələ də qalır. Ona görə də hazırkı mərhələdə İrana qarşı geniş hərbi kampaniya ehtimalı çox aşağıdır. Hətta kiçik miqyaslı əməliyyat üçün belə ABŞ və İsrailə ən azı bir neçə həftədən bir neçə aya qədər hazırlıq vaxtı lazımdır. Döyüş sursatı, yanacaq, logistika – bunlar hamısı zaman tələb edir.

Unutmayaq ki, ABŞ başqa qitədə yerləşir və bu, ekspedisiya müharibəsi olardı. İsrailin 12 gün ərzində apardığı intensiv əməliyyatlar belə ciddi resurs itkisinə səbəb oldu.

– İran daxilində destabilizasiya və daha sonra qaçqın axını riski barədə nə düşünürsünüz?

– İran üçün Suriya ssenarisi ən təhlükəli variantdır. 90 milyonluq ölkədə belə bir xaos bütün regionu silkələyər. Bu, Azərbaycan və Türkiyə üçün də ciddi milli təhlükəsizlik təhdidi yaradar. Mən sərhədlərin açılmasının əleyhinəyəm. Amma əgər mərkəzi hakimiyyət idarəetməni itirsə, Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarla birgə, İran ərazisində humanitar məqsədli sülhməramlı əməliyyat keçirməsi müzakirə oluna bilər. Məqsəd dinc əhalini qorumaq olmalıdır, qaçqınları ölkəyə buraxmaq yox.

– Rusiya–Ukrayna müharibəsinin gedişində hazırkı vəziyyət nədən xəbər verir? Müharibənin dördüncü ili tamam olur. Hazırkı hərbi-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

– Siyasi baxımdan əsas problem Donbas məsələsidir. Rusiya bu ərazilərin tanınmasını istəyir, Ukrayna isə razılaşmaq istəmir. Avropa Ukraynanın müharibəni davam etdirməsində maraqlıdır, çünki müharibə bitərsə, Rusiya ilə üz-üzə qalmaqdan çəkinirlər. Amma Ukrayna cəmiyyətində ciddi yorğunluq var. Humanitar vəziyyət ağırdır – enerji infrastrukturu dağıdılıb, insanlar soyuq, işıqsız qalır. Artıq “torpaq yox, insan həyatı” deyən siyasi fiqurlar meydana çıxır.

– Hərbi müstəvidə vəziyyət necədir?

– Rusiya ordusu da ciddi şəkildə zəifləyib. Aktiv hücum potensialı yoxdur. Ukraynanın isə canlı qüvvə problemi var. İrəliləyişlər çox yavaşdır – bəzən gündə 10–50 metr. Əsas problem Ukraynanın enerji sistemidir. Amma Qərb dəstəyi, generatorlar, Avropa şəbəkəsinə inteqrasiya vəziyyəti nisbətən sabitləşdirib. Buna baxmayaraq, xalqın dözümlülüyü tükənmək üzrədir.

– Sizcə, yaxın zamanda atəşkəs mümkündürmü?

– Düşünürəm ki, bu il müvəqqəti də olsa atəşkəsə nail olunması ehtimalı yüksəkdir. Hər iki tərəf tükənib. Rusiya da uzunmüddətli müharibəni davam etdirmək gücündə deyil. Amma bu proses qapalı danışıqlardan asılıdır.

– Aqil bəy, ABŞ-də Epşteyn qalmaqalı haqqında nə düşünürsünüz? Yəqin ki, bu, hansısa pedofilin şəxsi əyləncəsi olmayıb...

– Bu, ABŞ əks-kəşfiyyatının çox ciddi uğursuzluğudur. Siyasi və biznes elitasının bu cür kompromatlarla ələ keçirilməsi misli görünməmiş hadisədir. Əgər bu məlumatlar doğrudursa, bu, dünya tarixinin ən uğurlu kəşfiyyat əməliyyatlarından biri, eyni zamanda ən böyük əks-kəşfiyyat fiaskosudur.
Bu qalmaqalın siyasi nəticələri hələ uzun müddət davam edəcək.

E. Rüstəmli
E. Bəyməmmədli
"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri