Icma.az
close
up
RU
Rusiya Ermənistanın davranışından narahatdır: Kreml rıçaklarını işə sala bilər

Rusiya Ermənistanın davranışından narahatdır: Kreml rıçaklarını işə sala bilər

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Rusiya-Ermənistan münasibətləri son dövrlərdə ciddi dəyişiklik mərhələsinə qədəm qoyub. İki ölkə arasında illərlə davam edən strateji tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan əlaqələr artıq yeni reallıqlar fonunda sınaq qarşısındadır. Ermənistanın xarici siyasət kursunu Qərbə yönəltməsi, xüsusilə Avropa İttifaqına üzvlük istiqamətində konkret addımlar atması Moskva üçün narahatlıq doğuran əsas amillərdəndir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində Ermənistan parlamentinin qəbul etdiyi Aİ-yə üzvlüyün başlanması ilə bağlı qanun layihəsinə Moskvanın münasibətini şərh edərkən bildirib ki, Rusiya Ermənistanın Aİİ-dəki maraqlarını pozmaq niyyətində deyil.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:


"Rusiya hazırda hələ də Ermənistandan faydalandığı üçün bu ölkəyə qarşı sərt addımlar atmaqdan və təzyiq rıçaqlarını işə salmaqdan yayınır. KTMT-yə üzvlük haqqının artıq iki ildir ki, ödənilməsindən imtina edən Ermənistanla bağlı hər hansı qərarın qəbul olunmaması, sadəcə quru bəyanatların verilməsi də bunun sübutudur. İndi isə Rusiya-Ermənistan münasibətlərində yeni mərhələ başlayır. Öz xaici istiqamət kursunu dəyişən Ermənistanın Avropa İttifaqı üzvlük prossesinə start verməsi, Ermənistan Parlamentinin müvafiq layihəni dəstəkləməsi və nəhayət ölkə Prezidentinin də həmin sənədi təsdiqləməsi Rusiya tərəfini təbii olaraq narahat edir". 


Ekspertin sözlərinə görə həm Qaluzinin, həm də digər Rusiya rəsmilərinin Avropa İttifaqı üzvlüyü ilə Avrasiya İttifaqı üzvlüyünün bir araya sığmaması ilə bağlı verdikləri bəyanatlar və bu istiqamətdə Ermənistana olan xəbərdarlıqları tamamilə məntiqlidir: 

"Bir ölkənin Avrasiya İqtisadi İttifaqının üzvü olaraq sadələşdirilmiş vergi və gömrük güzəştlərindən istifadə etdiyi, azad ticarət münasibətləri qurduğu bir halda başqa bir birlikdə təmsil olunması tamamilə mümkünsüzdür. 

Amma məsələ burasındadır ki, Aİ üzvlüyünün uzun müddətli bir prosses olduğunu bilən Ermənistan o zamana qədər Avrasiya İttifaqı imkanlarından maksimum şəkildə faydalanmaq istəyir. Çünki başqa yolu yoxdur. Bu gün Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistan iqtisadiyyatı üçün qarşısıalınmaz problemlərə səbəb ola bilər. Rusiya da öz növbəsində hələ ki, Ermənistanın Avropa İttifaqı üzvlüyünə uzaq olduğunu bildiyi üçün qəti addımlar atmır". 


Müsahibimiz sonda Ermənistanın Aİ üzvlüyü üçün referendum keçirmək mərhələsinə gəlib çatdıqda Rusiya tərəfindən müvafiq rıçaqlar işə salınacağını söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri