Icma.az
close
up
RU
İran dövlətini kim sınağa çəkir?

İran dövlətini kim sınağa çəkir?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kubra Məhərrəmova yazır...

2025-ci ilin sonu İranda molla rejimi üçün heç də ürəkaçan olmadı. Ölkədə kütləvi etirazlar başladı. Etirazlar mövcud rejim üçün vaxtaşırı baş versə də, budəfəki kütləvi etirazlar onun hakimiyyətdə olduğu dövr ərzində ən genişmiqyaslısı hesab olunur. Artıq ikinci həftədir ki, aksiyalar İran üzrə 250-dən çox məkanı əhatə edir. İnsanlar paytaxt Tehrandan tutmuş 27 vilayətin onlarla şəhərində etirazlara başlayıblar. İrandakı etirazlar artıq üsyan həddinə çatıb.

İstər daxildə molla rejimi, istərsə də xarici ekspertlər bu etiraz aksiyalarının İran üçün böyük təhlükə olduğunu anlayırlar. Ortaya isə sual çıxır: bu dəfə İran dövləti ayaqda qala biləcəkmi?

Əvvəla, ondan başlayaq ki, İranda baş verən indiki etirazlar, ilk növbədə, ölkədəki son dərəcə ağır iqtisadi vəziyyətlə bağlıdır. İnflyasiya, milli valyutanın kəskin dəyər itirməsi, kapitalın İrandan xaricə köçürülməsi, əldə olan pulların təcili qızıl və dollara çevrilməsi, bunun nəticəsində ümumi həyat səviyyəsinin aşağı düşməsi cəmiyyətdəki narazılığı kritik həddə çatdırıb. Təsəvvür edin ki, hər zaman loyallığı ilə Xamenei rejiminə sadiq olan bazarlar - İsfahan, Şiraz, Kirmanşah etiraz aksiyalarına qoşularaq ticarət nöqtələrini bağlayıb. Şüarlar birbaşa Xameneiyə yönəlib, qorxu sindromu qırılıb. Əgər dünən xalq hökuməti günahlandırırdısa, bu gün artıq ali rəhbərin özünü hədəfə alır.

Küçələrdə "Diktatora ölüm!" (yəni ayətullah Əli Xameneiyə) "Nə Qəzza, nə Livan - canım İrana fəda!" şüarları səsləndirilir. Çünki onilliklər boyu İranın resurslarını proksi müharibə və hərbi birləşmələrə xərcləyən məhz Xamenei və onun yaxın ətrafıdır. Xalq həmin milyardların Qəzza və ya Livanda deyil, İrana xərclənməsini tələb edir.

Xamenei və onun yaxın ətrafı illərlə xalqın ağır həyat şəraitində İsraili, ABŞ-ni və başqa ölkələri səbəbkar göstərərək, manipulyasiya və qorxu gücünə hakimiyyətdə qalmağı bacarıb. Bu gün isə rejim hakimiyyəti zorla əldə saxlayır, amma iqtisadi alətləri tükənmək üzrədir. Qorxu və repressiya alətləri isə artıq hamıya qarşı tətbiq oluna bilmir. Hakimiyyətin təklif etdiyi güzəştlər də xalqı qane etmir. Ortaya yeni reallıq çıxır, Xameneinin problemi müxalifətin güclü olmasında deyil, tərəfdarlarının və dayaqlarının azalmasındadır.

Bunun fonunda Ali Rəhbər Əli Xameneinin Rusiyaya qaçacağı və ya artıq qaçması ilə bağlı məlumatlar səslənməkdədir. Xamenei və onun yaxın ətrafının milyardlarla vəsaiti Rusiyadakı resurslara köçürməsi, elit tikililərdə mülklər alması barədə məlumatlar mövcuddur. Digər tərəfdən də Bəşər Əsədin bu gün Moskvada təhlükəsiz və komfortlu yaşaması Xamenei üçün cəlbedici görünə bilər. Xamenei həm də anlayır ki, ölkə ardıcıl böhranlar zolağına daxil olub və bu böhranların hər biri onun hakimiyyətinin əsaslarını sarsıdır.

İllərlə azərbaycanlı fəalları həbs edərək, onlara qarşı xüsusi amansızlıq göstərən İran rejimi, nəhayət ki, əkdiyini biçir.

Güneyli yaşlı qadının sosial şəbəkələrdə Xameneiyə səslənməsi viral olub. Onun qorxmadan, çəkinmədən İranın Ali Rəhbəri Əli Xameneiyə namərd deməsi çox məqamlardan xəbər verir. "Niyə insanlara zülm edirsən? Niyə anaları ağlar qoyursan? Öldürmə, əvəzinə onlara çörək ver. Sən necə lidersən? İsraildən daha betər olmusan. Onlar bir neçə raket atırdı, az insan ölürdü, sən isə kütləvi edamlar edirsən", - deməsi insanların Xameneidən artıq qorxmadığını göstərir.

Bu gönderiyi Instagram'da gör

Oxu.Az (@oxuaz)'in paylaştığı bir gönderi

Yaşlı qadının hər kəlməsi indikator rolunu oynayır.

Xamenei əvvəlki nüfuzunu itirib. İnsanlar repressiyalardan qorxmurlar. Xalq acdır, çörək istəyir. İran xalqını illərlə qorxu altında saxlamaq üçün istifadə edilən düşmən obrazı - İsrail bu gün İran xalqı üçün Xameneidən daha vicdanlıdır.

Belə çıxır ki, Xamenei bir əlində əmmaməsi, bir əlində isə xarici pasportu qapıda dayanıb.

Çünki sadalayacağım hər üç versiya Xameneinin sonu deməkdir.

Birinci ssenari: Rejim ənənəvi yolla, zorakılıq, kütləvi həbslərlə müvəqqəti sabitliyə nail olacaq. Bu versiya artıq 2019-cu ilin noyabrında yüzlərlə insanın ölümü ilə sınaqdan keçirilib. Bu gün də Xamenei eyni yola əl ata bilər, SEPAH qüvvələrinin küçələrə çıxarılması, internetin kəsilməsi, etirazçıların "üsyançı" elan edilməsi və kütləvi qırğınlar bunun ən bariz nümunəsidir. Rejim bu yolla bir müddət sağ qala bilər, amma böhranın kökü, korrupsiya, iqtisadi böhran, aclıq, azadlıqların olmaması yerində qalacaq və etirazlar yenidən alovlanacaq.

İkinci ssenari: Rejim daxilində lider dəyişikliyi və ya "saray çevrilişi". Xaos dərinləşdikcə İran elitasının bir hissəsi Xameneinin sistem üçün təhlükəyə çevrildiyinə qərar verə bilər. Xamenei səhhətindəki problemlər bəhanəsi ilə kənara çəkilə və daha "yumşaq" fiqurla əvəz oluna bilər.

Amma xalq birbaşa Xameneinin "başını" tələb edir. Xameneinin getmədiyi, sistemin köklü şəkildə dəyişmədiyi bir variant xalqı sakitləşdirməyəcək. Hamı da bilir ki, güc strukturları Xameneiyə bağlıdır və onlar son ana qədər onu qorumağa çalışacaqlar.

Üçüncü ssenari: Etirazların inqilaba çevrilməsi və molla rejiminin süqutu!

Bu, bir çox iranlının arzuladığı nəticədir və bəzi əlamətlər bunu istisna etmir. Etirazlar, demək olar ki, bütün ölkəni əhatə edib və səngimir. Sosial baza genişlənir. Aksiyalara əvvəl tələbələr qoşulmuşdularsa, indi artıq küçələrdə fəhlələr, sürücülər, dövlət sektorunun işçiləri də etirazlarını bildirirlər. Qısa zaman ərzində bu hərəkata neft sektorunun işçiləri də qoşulsalar, rejimin süqutu daha da sürətlənəcək.

Hər üç versiyanı isə ABŞ Prezidenti Trampın çağırışı taclandırır: "Əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, ABŞ etirazçıların köməyinə gələcək. Biz oraya getməyə tam hazırıq".

Əgər Xamenei hakimiyyətdə qalmaq üçün xalqı qırğına verəcəksə, yaşlı güneyli qadının dediyi bütün siyasi ekspertlərdən daha doğrudur: "Xamenei namərddir!"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri