İran düşməni danışıqlar masasına oturmağa məcbur etdi Əraqçidən iddialı AÇIQLAMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin həm hərbi, həm də diplomatik müstəvidə ciddi uğurlar əldə etdiyini bildirib.
Operativ Məlumat Mərkəzi – OMM xəbər verir ki, Əraqçi bu barədə Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, ABŞ və İsrailin hücumları ilə başlayan münaqişə zamanı İranın göstərdiyi müqavimət ölkənin “məğlubedilməz güc” olduğunu sübut edib.
Əraqçi beynəlxalq ictimaiyyətin İranın mövqeyinə münasibətinə də toxunub. O bildirib ki, bir sıra ölkələrin rəsmiləri İranın müqavimətini “möcüzə” kimi qiymətləndiriblər.
Nazir qeyd edib ki, heç kim İranın ABŞ-yə qarşı bu cür müqavimət göstərəcəyini və nəticədə qarşı tərəfi danışıqlar masasına oturmağa məcbur edəcəyini gözləmirdi.
Əraqçi Donald Trampın ABŞ-nin İrana qarşı mövqeyini də xatırladıb. Onun sözlərinə görə, Vaşinqton əvvəlcə Tehrandan “şərtsiz təslimiyyət” tələb edib, lakin 20 gün sonra danışıqlar üçün müraciət edib.
İran xarici işlər nazirinin fikrincə, İran xalqı öz hüquqlarını diplomatik yollarla qorumağı bacardığını bütün dünyaya nümayiş etdirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Avqust 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















