Vacib görüş öncəsi Əraqçidən qalmaqallı AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İran uranı dinc məqsədlər üçün zənginləşdirməyə davam edəcək".
Redaktor.az xəbər verir ki, bunu RT telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"1979-cu il İran İnqilabından əvvəl ABŞ tərəfindən inşa edilən Transmilli Tədqiqat Reaktoru Tehranda fəaliyyət göstərir. Reaktor bir milyondan çox iranlının ehtiyac duyduğu xərçəng və digər xəstəliklərin müalicəsi üçün radioizotoplar istehsal edir və 20% zənginləşdirilmiş yanacaqdan istifadə edir", - deyə nazir bildirib.
Əraqçi vurğulayıb ki, İran nüvə proqramı üzərində işləyərkən dinc məqsədlərdən və ehtiyaclardan kənara çıxmır.
Qeyd edək ki, İranın XİN rəhbəri bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə texniki məsələlərin müzakirəsi üçün Cenevrədə görüş keçirəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 16 Fevral 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















