Icma.az
close
up
RU
İran düşmənlərini Azərbaycan amili ilə məğlub edir “Heydər baba”ya buna görə sığındı

İran düşmənlərini Azərbaycan amili ilə məğlub edir “Heydər baba”ya buna görə sığındı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan türkcəsində şeir söyləməsi, Baş nazir Əli Əsədovu və nümayəndə heyətinin üzvlərini Azərbaycan dilində salamlaması maraqla qarşılanıb. Bunu İran dərin dövlətinin planının tərkib hissəsi olduğunu iddia edənlər də var.

Bəs reallıq nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Pezeşkianın hakimiyyətə gətirilməsinin əsas məqsədi ABŞ-İran münasibətlərinin yumşaldılmasına hesablanmışdı:

“Həmin vaxt çox mürəkkəb dönəm idi. ABŞ-da hakimiyyətə Respublikaçıların gələcəyi gözlənilirdi. İran da bunu nəzərə aldı. Bilinirdi ki, Respublikaçılar İran rejiminə qarşı ənənəvi olaraq daha sərt siyasət yeridir, İsraili dəstəkləyir. İran üçün milli məsələlər ən ciddi problemdir.

Son vaxtlar paylaşılan videolarda Pezeşkian Azərbaycan türkü olduğundan fəxr etdiyini deyir, Şəhriyarın şeirlərini oxuyur və s”.

Politoloqun sözlərinə görə, Pezeşkianın bu addımının səbəbi Azərbaycan siyasi arenasının rəğbətini qazanmaqdır:

Rizvan Hüseynov

“Məsud Pezeşkian Türkiyə Prezidenti Ərdoğan kimi Azərbaycan şeirləri səsləndirməyə başlayıb. Bunun nə qədər uğurlu addım olduğu isə şübhəlidir. İndiki ideologiya üzrə qurulan İran rejimi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana qarşı siyasət yürüdəcək”.

Xatırladaq ki, Məsud Pezeşkian prezident seçildikdən sonra onunla bağlı fərqli rəylər yayılmağa başladı. Bir qisim Azərbaycan əsilli şəxsin İranda prezident olmasını ciddi uğur sayır.

Başqa iddialarda isə əsas bu fikir önə çəkilir ki, o, İran dövlətinin xüsusi layihəsidir. Əsas arqument budur ki, İranı gözləyən milli oyanış hərəkatını önləmək üçün dini və siyasi çevrələr bu addıma getməyə məcbur oldular. Bu fikir belə əsaslandırılır: İranın beyin mərkəzləri Güney Azərbaycan amilinin kənar güclərin əlində ideoloji silaha çevrilməsinin qarşısını bu cür gözlənilməz addımlarla almağa çalışırlar. Ona görə də Pezeşkianın bu mərhələdə hakimiyyətə gətirilməsi ən uğurlu layihə sayılır. Beləliklə, farslardan sonra İranda ən böyük etnik kəsim olan azərbaycanlılar neytrallaşdırılır və onların ABŞ-dan, İsraildən, Avropadan, hətta Azərbaycandan təsirlənmələrinin qarşısı alınır.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri