Icma.az
close
up
RU
“İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı

“İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimatı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 6-da AMEA Rəyasət Heyətində türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın ulu öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə foyedə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair Azərbaycan Milli Elmlər Akademiyasında nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.

Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan ulu öndər Heydər Əliyevin tarixi obrazının xalqımızın yaddaşında və qəlbində əbədi iz saldığını vurğulayıb. 

Türkiyə-Azərbaycan dostluq və qardaşlıq  əlaqələrinin inkişafında Heydər Əliyevin əvəzsiz rolundan danışan akademik İsa Həbibbəyli Ulu öndərin iki ölkə arasındakı əlaqələri XXI əsrin astanasında yeni körpülər yaratmaqla daha da möhkəmləndirdiyini və yeni dövrün böyük təməllərini yaratdığını qeyd edib. AMEA rəhbəri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. 

O, ölkəmizin digər qurumlarında olduğu kimi, AMEA-da da hər il ümummilli lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinə dair müxtəlif kitabların nəşr olunduğunu, çoxsaylı məqalələrin yazıldığını, Ulu öndərin parlaq  xatirəsinin böyük ehtiramla yad edildiyini bildirib. 

Təqdimatı keçirilən “İnsan ürəyi ilə Heydər Baba” kitabının böyük tarixi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, nəşrdə ümummilli lider Heydər Əliyevin böyük irsi, dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri, zəngin mənəvi dünyası geniş şəkildə əks olunub. Kitabda  nüfuzlu alimlərin, ictimai-siyasi xadimlərin Ulu öndər haqqında fikirləri, dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb. Heydər Əliyevə həsr olunan bu kitab, Ulu öndərin şəxsiyyətinə böyük hörmətin və dərin ehtiramın ifadəsidir.

Daha sonra Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı,Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ictimaiyyətə təqdim olunan bu nəşrin ulu öndər Heydər Əliyevi gələcək nəsillərə daha yaxından tanıtmaq üçün dəyərli töhfə olduğunu bildirib.

Millət vəkili, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov isə çıxışında ümummilli lider Heydər Əliyevlə sıx təmasda olmuş, onu yaxından tanımış insanların xatirələrinin toplandığı kitabın əhəmiyyətini qeyd edib. 

Tədbirdə, həmçinin Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırali, ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq yazıçısı Elmira Axundova, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz çıxış edərək kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. 

Sonda çıxış edən nəşrin müəllifi türkiyəli alim-jurnalist Aysel Sadak İltaş Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirə yekun vuran akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu öndər müasir Azərbaycanın müstəqilliyinin banisidir və o, zəngin dövlət idarəçiliyi təcrübəsi ilə ölkəmizin dünya dövlətləri sırasında özünəlayiq yer tutması üçün önəmli addımlar atıb. AMEA rəhbəri bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi təmin olunub, artıq bütün ölkə ərazisində Dövlət Bayrağımız dalğalanır.

Tədbir boyu ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib. 

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri