Icma.az
close
up
RU
“İnsan ürəyi ilə Heydər baba”

“İnsan ürəyi ilə Heydər baba”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən AMEA Rəyasət Heyətində türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın ulu öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimatı keçirilib.

Əvvəlcə foyedə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair Azərbaycan Milli Elmlər Akademiyasında nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.

Mərasimi giriş nitqi ilə açan AMEA prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan ulu öndər Heydər Əliyevin tarixi obrazının xalqımızın yaddaşında və qəlbində əbədi iz saldığını vurğulayıb. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafında Heydər Əliyevin misilsiz rolundan danışan akademik Ulu öndərin iki ölkə arasındakı əlaqələri XXI əsrin astanasında yeni körpülər yaratmaqla daha da möhkəmləndirdiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Təqdimatı keçirilən “İnsan ürəyi ilə Heydər baba” kitabının böyük tarixi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli deyib ki, nəşrdə ümummilli lider Heydər Əliyevin böyük irsi, dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri, zəngin mənəvi dünyası geniş şəkildə əks olunub. Kitabda nüfuzlu alimlərin, ictimai-siyasi xadimlərin Ulu öndər haqqında fikirləri, dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb. Heydər Əliyevə həsr olunan bu kitab, Ulu öndərin şəxsiyyətinə böyük hörmətin və dərin ehtiramın ifadəsidir.

Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ictimaiyyətə təqdim olunan bu nəşrin ulu öndər Heydər Əliyevi gələcək nəsillərə daha yaxından tanıtmaq üçün dəyərli töhfə olduğunu bildirib.

Millət vəkili, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırali, ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq yazıçısı Elmira Axundova, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz çıxış edərək kitabın elmi-siyasi dəyərindən danışıblar, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Aysel Sadak İltaş ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir boyu ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri