İran Əfqanıstan sərhədində toqquşma: Ölənlər var
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran sərhədçiləri ilə terrorçu qruplaşma arasında güclü atışma baş verib.
Sitat.info xəbər verir ki, İranın Sistan və Bəlucistan vilayətinin Zabol sərhəd alayında baş verən qarşıdurma nəticəsində 6 terrorçu zərərsizləşdirilib.
İran Polis Qüvvələrinin Sərhəd Mühafizəsi Komandanlığından bildirilib ki, ötən gecə ölkə ərazisinə daxil olmaq və sərhəd məntəqələrinə hücum etmək istəyən silahlı qrupla sərhədçilər arasında şiddətli atışma baş verib.
Açıqlamaya görə, əməliyyat zamanı silahlı qruplaşmanın 6 üzvü zərərsizləşdirilib.
Sərhədçilər ərazinin təmizlənməsi zamanı 2 ədəd tapança və xeyli miqdarda sursat aşkarlayıblar.
Qeyd edək ki, Zabol şəhəri İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətində yerləşir və Əfqanıstanla sərhədə yaxın ərazidir./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 06 İyun 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















