İRAN “ƏL QOLUMUZ AÇILIB” DEYİR İsrailin vurulması taktikası dəyişir
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belə görünür ki, İran rəhbərliyi Trampın “təslim ol” çağırışına məhəl qoymaq fikrində deyil.
“AzPolitika” xəbər verir ki, İsrail mediasının məlumatına görə, İran bu ölkənin bir neçə fərqli bölgəsinə ballistik raketlərlə zərbələr endirib.
Qeyd olunur ki, İranın raket zərbəsinin növbəti hədəfi İsrailin cənubundakı Aşdoddakı sənaye zavodu olub. İsrail mediasının yazdığına və ekspertlərin qeyd etdiyinə görə, İran ballistik raketlərdən istifadə etmək üçün yeni taktikadan istifadə etməyə başlayıb. Məqəsəd nəinki təyin olunmuş hədəfləri vurmaq, həm də hava hücumundan müdafiə vasitələrini çaşdırmaq və tükəndirmək üçün bütün İsrail boyu hədəflərə geniş spektrdə atəş açmaqdır. Hazırda İran tərəfinin bunu etməyə çalışdığı bildirilir.
Bu arada İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ABŞ-ni ittiham və təhdid edən bəyanat yayıb: “ABŞ təcavüzkar sionist rejiminə hərtərəfli dəstəyi davam etdirməklə İranın suverenliyini açıq şəkildə pozaraq, müqəddəs torpaqlarımıza təcavüz edib və faktiki olaraq müharibəyə başlayıb. Cinayətkar ABŞ bilməlidir ki, onun nikahdan kənar oğlunu(İsrail-red.) cəzalandırmaqla yanaşı, ABŞ-nin və onun ordusunun maraqlarına ziyan vuran istənilən hərəkətlərlə bağlı İslam döyüşçülərinin əl-qolu açılıb və biz bu məsələdə heç vaxt güzəştə getməyəcəyik”.
“AzPolitika.info”


