Icma.az
close
up
RU
Füzuli Məmmədov: Qolumuz sayılmalı idi

Füzuli Məmmədov: Qolumuz sayılmalı idi

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Karvan-Yevlax" Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamız çox yaxşı oynayırdı. Futbolçular matça ciddi hazırlaşmışdılar. Meydanda döyüşkən komanda var idi. Rəqibdən nə istək baxımından, nə keyfiyyət baxımından, nə də taktiki cəhətdən geri deyildik. Əksinə bəzi epizodlarda üstün idik. Düzdür, qapımızda qol epizodları var idi. "Zirə" yaxşı komandadır. Qələbə qazanmaq istəyirdik. Bu gün meydanda yumruq kimi komanda gördüm. Məğlub olmağımız oyuna uyğun deyildi. Sonlarda səhvdən qol buraxmaq məni məyus edir. İstəmirdim ki, belə əzmkarlıqdan sonra məğlub olaq. Futbolçularım ən azı 1 xala layiq idilər. Amma neyləmək olar? "Zirə"ni təbrik edirəm. Öz futbolçularıma isə təşəkkür edirəm. Futbolda səhvlər olur. Bir səhv etdik və ondan da qol buraxdıq. Bizim üçün keçmiş olsun.

- "Karvan-Yevlax" I Liqaya düşsə, vəziyyət necə olacaq?

- Burada elə-belə infrastruktur qurulmayıb. Xeyli maliyyə xərclənib. Bazanın içində futbolçular üçün hər cür şərait yaradılıb. "Karvan-Yevlax" I Liqaya düşsə belə, işlər davam edəcək, komandanın Premyer Liqaya qayıtması üçün əzmkarlıq göstəriləcək. Rəhbərliklə heç bir görüşüm olmayıb. Bütün diqqətimiz oyunlaradır. Hər matça qalib gəlib vəziyyətimizi yaxşılaşdırmaq üçün çıxırıq. Stadionun ərazisində təbii örtüklü meydança hazırlanır. Bu işlər görülürsə, deməli rəhbərliyin bir planı var.

- Bu "Karvan-Yevlax" I Liqa klubu ilə pley-off oynasa, qalib gələ bilər?

- Hazırda bütün diqqət Premyer Liqadadır. Çalışırıq ki, burada qalaq. 11-ci yeri tutub pley-off oynasaq, bizim üçün yaxşı olar. Təbii ki, həmin oyunu əldən vermərik. 

- Qarşıda "Şamaxı", "Kəpəz" və "Qəbələ" ilə oyunlar var. Komanda həmin matçlarda qələbə qazanmağı bacaracaq?

- Bugünkü oyunla bacararıq. Hər komanda "Zirə" kimi güclü deyil. Qarşıda oyunlar var. Son matça qədər vuruşacağıq. Məşq planımız olduğu kimi davam edəcək.

- Ləğv olunan qolunuzla bağlı fikriniz necədir?

- Rəşad Əhmədov oyunu pis idarə etmədi. Həmin epizoda baxdım. Ola bilər ki, hər hansı toxunuş olsun. Amma bu, foul toxunuşu deyil. Futbol kontakt oyunudur. Futbolçunun niyyəti topu almaqdır. Topu alan zaman ayaq ayağa, çiyin çiyinə toxunur. Bunlar qatda pozuntusu deyil. Düşünürəm ki, Qavi həmin epizodda təmiz oynadı. Komanda sevindi. Qolu ləğv edəndən sonra ruh düşkünlüyü olur. Bir məşqçi olaraq futbolçuların motivasiyasını qaldırmağa çalışdım. Buraxdığımız qol bizə daha pis təsir etdi. Qolumuz sayılmalı idi. Sayılsaydı bizim üçün daha yaxşı olardı.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Mart 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri