Arnold: “İlk qolumuz çox vacib idi”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnold UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin ikinci turunda Çexiya üzərində 2:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, futbolçu rəqibin 23-cü dəqiqədə 10 nəfərlə qalmasından sonra oyunun onlar üçün daha da çətinləşdiyini bildirib.
“Rəqibimiz meydanda 10 nəfərlə qaldıqdan sonra məsuliyyətimiz artdı. Düzünü desəm, bu, hər şeyi daha da çətinləşdirdi. Bundan sonra rəqib daha kompakt oynamağa və daha çox futbolçu ilə müdafiə olunmağa başladı.
Meydan sahiblərinin cərimə meydançasının yaxınlığında və daxilində topa sahib olsaq da, müdafiəni yarmaq çox çətin idi. Lakin ikinci hissənin əvvəlində buna nail olduq və bu, bizə çox lazım idi.
Bu görüşdə 0:0 hesabı nə qədər çox davam etsəydi, qalib gəlmək bir o qədər çətinləşəcəkdi. Belə məqamda rəqib dözə biləcəyinə inanmağa başlayır. Ona görə də ilk qolumuz çox vacib idi”, - Aleksander-Arnold deyib.
Baxış sayı:85
Bu xəbər 30 Sentyabr 2026 02:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















