“İran ətrafında müharibə realdır” Bakını narahat edən zəngin pərdəarxası
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Prezident İlham Əliyev Pezeşkiana zəngində yaranmış gərginlikdən narahatlığını bildirdi və Azərbaycanın vasitəçilik təklifini təqdim etdi. Bu telefon zəngi İran ətrafında hərbi ssenarinin reallığını əks etdirən məqamlardan biridir. Və bu vəziyyət Bakını narahat edir".
Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, birincisi, İranda mümkün müharibə regionda Azərbaycana da təsir edə bilər, bu baxımdan, Bakı gərginliyin aradan qaldırılmasında maraqlıdır. Azərbaycanın qarşıdurma tərəfləri arasında vasitəçilik imkanları böyükdür:
"İkincisi, İranda hərbi qarşıdurmada Azərbaycanın hədəf kimi göstərilməsi cəhdləri var: Azərbaycanın XİN başçısı Bayramov Əraqçıya Azərbaycanın "platforma" olmayacağını izah etdi, ardınca Prezidentin iranlı həmkarına zəngi Bakıya qarşı kampaniya fonunda əhəmiyyətlidir.
Əliyevin zəngini Pezeşkiana dəstək kimi də oxumaq olar. ABŞ-la qarşıdurmada mümkün ssenarilərdən biri (zəif ehtimal olsa da) teokratik rejimin arxa fona keçməsi, idarəçilikdə Prezident Administrasiyasının önə çıxmasıdir. Bu halda İran daxilindəki qrupların mübarizəsi perspektivləri yaranır. Və belə bir ssenaridə Bakının dəstəyi azərbaycanlı Pezeşkianın mövqeyini gücləndirəcək, eyni zamanda, ABŞ başda olmaqla xarici oyunçuların rəyinə təsir edə biləcək amilidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 Fevral 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















