İran FİFA dan 2026 cı il Dünya Kuboku oyunlarının ABŞ dan Meksikaya keçirilməsini istədi
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
İran Futbol Federasiyası Yaxın Şərqdəki münaqişəni əsas gətirərək, milli komandanın 2026-cı il Dünya Kubokundakı oyunlarını ABŞ-dən Meksikaya keçirmək üçün FIFA ilə danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP xəbər agentliyi Meksikadakı İran səfirliyinə istinadən məlumat yayıb.
“ABŞ Prezidenti Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirəndə, əlbəttə ki, Amerikaya getməyəcəyik. Hazırda FIFA ilə İran milli komandasının Dünya Kubokundakı oyunlarını Meksikada keçirmək barədə danışıqlar aparırıq”, - açıqlamada bildirib.
Ötən həftə Tramp qeyd edib ki, İran komandası öz həyatları və təhlükəsizliyi naminə turnirə getməməlidir. Dünya Kubokunun final oyunları 2026-cı ilin iyun-iyul aylarına planlaşdırılıb və ABŞ-nin 11 şəhərində, Meksikanın üç şəhərində və Kanadanın iki şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:İran milli futbol komandası 2026 cı il Dünya Çempionatı üçün təlim məşq düşərgəsini ABŞ dan Meksikaya köçürəcək
25 May 2026 11:11
Meksikada 2026 cı il FIFA Dünya Kuboku təxirə salınacaq?
25 Fevral 2026 07:09
FIFA prezidenti: İran 2026 cı il Dünya Kubokunda iştirak edəcək
01 May 2026 01:11
FIFA U 15 Dünya Kuboku 2026 Azərbaycanda keçiriləcək
25 İyun 2026 09:29
2026 FIFA Dünya Kuboku üçün ABŞ yə gedəcək futbol azarkeşlərinin nəzərinə!
18 Noyabr 2025 14:58
Baxış sayı:197
Bu xəbər 17 Mart 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















