2026 FIFA Dünya Kuboku üçün ABŞ yə gedəcək futbol azarkeşlərinin nəzərinə!
Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 2026 FIFA Dünya Kuboku üçün ABŞ-yə gələcək futbol azarkeşlərinə viza prosesində üstünlük veriləcək yeni tətbiqi elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Ağ Evdə FIFA Prezidenti Canni İnfantino ilə birlikdə danışan Tramp Dünya Kuboku bileti sahiblərinin viza müsahibələri üçün üstünlük verilmiş görüş ala bilməsinə imkan yaradacaq sistemə “FIFA PASS” adının verildiyini bildirib.
“İdarəmə 2026 Dünya Kubokunu tarixdəki ən uğurlu təşkilat halına gətirmək üçün bütün səlahiyyətlərdən istifadə etmək barədə göstəriş vermişəm. Bu tarixi bir tədbir olacaq və bilet satışlarında rekordlar qırırıq”, – o əlavə edib.
FIFA Prezidenti Canni İnfantino isə turnir üçün 5–10 milyon insanın ABŞ-ə gələcəyinin gözləndiyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















