İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran fransız diplomatların saxlanılmasına münasibət bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı Tehrandakı iki fransız diplomatın diplomatik normalara zidd olan hərəkətləri ilə bağlı etirazını bildirib.
O, bu cür davranışın qəbuledilməz olduğunu deyib və vurğulayıb ki, ölkənin qanun və qaydalarına riayət olunmalıdır:
"Eləcə də diplomatik prinsip və normalara sadiqlik xarici nümayəndəliklərin fəaliyyətinin davam etməsi üçün zəruri şərtdir".
Əraqçi bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almağa və Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməsinə çağırıb.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro iyulun 20-də İki fransız diplomatın İran təhlükəsizlik qüvvələri tərəfindən "son dərəcə ciddi hədə-qorxu aktına" məruz qaldığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 21 İyul 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















