Icma.az
close
up
RU
İran heç vaxt ideoloji baxımdan daşıdığı ada malik ölkə olmayıb

İran heç vaxt ideoloji baxımdan daşıdığı ada malik ölkə olmayıb

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş verənlər, İran haqqında daha öncə təsəvvürümüzdə yanılmadığımızı bir daha sübut edir. İran uzun illərdir ki, özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edir və İslam həmrəyliyi ideyasını siyasi diskursunun əsas məqsədi kimi göstərməyə çalışıb. Lakin praktik siyasətdə Tehranın çox vaxt geosiyasi maraqları ideoloji şüarlarının üstündə olub və bu səbəbdən müsəlman ölkələri ilə son onilliklərdə gərginlik yaradaraq öz maraqlarını təmin etməyə çalışıb.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

O, qeyd edib ki, Yaxın Şərq və Cənubi Qafqazda İranın əsas məqsədlərindən biri regional təsir dairəsini genişlətmək və bu istiqamətdə müsəlman ölkələri ilə daima rəqabət sistemi içində olmaqvyolunu seçən Iran, Türkiyə ilə regional liderlik üzərindən, Səudiyyə Ərəbistanı ilə məzhəb və siyasi baxışlar üzərindən, Azərbaycan ilə geosiyasi və təhlükəsizlik narahatlıqları adı altında uydurma strategiya üzərindən daima mübarizə marağını inkişaf etdirib və gərginliklər yaradaraq nə qonşuluq haqlarına, nə də ki İslam həmrəyliyi qaydalarına riayət etmək üçün cəhd göstərib.

Şiə geosiyasəti üzərindən qabardılaraq yürüdülən siyasət, bir çox sünni müsəlman ölkələri ilə münasibətlərdə gərginlik yaradıb. Bir çox hallarda geosiyasi maraqları naminə, müsəlman ölkələrinə qarşı, onlara qarşı düşmənçilik edən başqa dinə xidmət edən ölkələrlə işbirliyi quran İran, müxtəlif üsullarla qonşu müsəlman ölkələrinə qarşı təhlükəsizlik baxımından qorxu və hədə mexanizmlərindən zaman-zaman istifadə etməkdən belə çəkinmədi. İranın bu davranışları İslam həmrəyliyinə və qonşuluq siyasətinə nəinki uyğun olmayıb, əksinə bu hərəkətlər müsəlman və qohumluq əlaqələri olan xalqlar arasında soyuqluq yaradaraq, bəzi hallarda düşmənçilik toxumları əkdi:

"Bütün bunların səbəbi əlbəttə ki Azərbaycanın regionda yüksələn nüfuzunu həzm etməməklə bağlıdır və yeni güc mərkəzi olaraq Cənubi Qafqazda Azərbaycanın həm Qərblə əməkdaşlığını həm də Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına qarşı çıxmaq və bu istiqamətdə əngəllər törədmək istəyi dayanır. İran ərazisində böyük azərbaycanlı əhalinin mövcudluğu da İran fars molla rejiminin yuxusunu ərşə çəkir. Hər keçən gün gücünə güc qatan Azərbaycan, bu resursların hərəkətə gətirilməsində maraqlı ola bilər tərəddüdü ilə İran molla rejimi öz düşmənçiliyini bu gün Naxçıvana qarşı dron hücumları təşkil etməklə bir daha sübut etdi. Bütün bu səbəblər Tehranın siyasətinin nə qədər ziddiyyətli olduğunu göstərir və hesab edirəm ki, burda anlaşılmaz heç bir məqam yoxdur. Bu baxımdan İranın İslam həmrəyliyinə qarşı heç vaxt həssaslıq göstərməməsinin səbəbi və İslam ölkələrini hədəf olaraq hərbi müdaxilə nəticəsində bombardman etməsi, onun İslam adı altında məhz terrorçuluq etməsindən qaynaqlanır və İran bu hərəkətləri ilə heç vaxt İslama uyğun olaraq siyasət yürütmək həvəsi sərgiləməyib. Hesab edirəm ki, İran heç vaxt ideoloji baxımdan daşıdığı ada malik və layiq ölkə olmayıb və İran daha çox realpolitik, yəni sərt geosiyasi maraqlar üzərindən siyasət aparan ölkə kimi tanınıb".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:524
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Mart 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri