Icma.az
close
up
RU
“İran azadlığa heç vaxt bu qədər yaxın olmayıb“ Tramp

“İran azadlığa heç vaxt bu qədər yaxın olmayıb“ Tramp

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Küçələrdə üsyan, arxada qan və artan beynəlxalq təzyiq..."

Hazırda İranda baş verənlər artıq lokal etiraz mərhələsini geridə qoyub və açıq siyasi böhrana çevrilib. Dünya ictimaiyyəti İran xalqının etirazlarına dəstək verir, rejim isə küçələrdə nəzarəti itirir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampa İrana qarşı mümkün cavab ssenariləri, o cümlədən zərbə variantları təqdim edilib. Mənbələr bildirir ki, hələlik yekun qərar yoxdur, lakin Vaşinqton baş verənləri "çox ciddi" şəkildə izləyir. Trampın "İran azadlığa heç vaxt bu qədər yaxın olmayıb" sözləri artıq təkcə diplomatik bəyanat kimi deyil, açıq mesaj kimi də dəyərləndirilir.

Küçələrdə müqavimət, xəstəxanalarda səssiz dəhşət

Şah sülaləsinin varisi Rza Pəhləvi gecə müraciətində iranlılara səslənərək onları küçələri tərk etməməyə çağırıb. Onun sözlərinə görə, "üç gecə ardıcıl davam edən kütləvi və cəsarətli çıxışlar rejimin repressiya aparatını ciddi şəkildə sarsıdıb" və artıq bir çox güc strukturu ya geri çəkilir, ya da əmrlərə tabe olmur. Pəhləvi etirazçılara birlikdə hərəkət etməyi, əsas prospektlərdən ayrılmamağı tövsiyə edib.

Lakin küçələrdə ümid nümayiş etdirildiyi halda, xəstəxanalarda tam fərqli mənzərə formalaşıb. Tehran ətrafında yayılan videolarda etirazlar zamanı öldürülən insanların cəsədləri tanınma üçün düzülüb, yaxınları isə onları axtarır. 

Müxalif mənbələr və hüquq müdafiəçiləri son günlərdə ölənlərin sayının "minlərlə ölçülə biləcəyini" bildirir. İnternet blokadası səbəbindən rəqəmləri dəqiqləşdirmək çətin olsa da, xəstəxanalarda qan ehtiyatlarının tükəndiyi, yaralıların isə bəzən tibbi yardım əvəzinə saxlanıldığı haqda məlumatlar yayılır.

Rejim təcrid olunur, dünya səhnəsində cəbhələr sərtləşir

Beynəlxalq reaksiya getdikcə daha açıq və sərt xarakter alır. ABŞ, Avropa İttifaqı və İsrail rəsmiləri İran xalqı ilə həmrəylik nümayiş etdirir, bəzi siyasətçilər və ictimai xadimlər baş verənləri "qırğın" adlandıraraq müdaxilə çağırışları edirlər. Təhlükəsizlik böhranı artıq mülki sahəyə də sirayət edib: "Lufthansa" başda olmaqla bir sıra iri aviaşirkətlər İrana uçuşları dayandırıb, Qərb ölkələri isə vətəndaşlarını bu ölkəyə səfərdən çəkindirir.

Bütün bu proseslər göstərir ki, İranda yaşananlar sadəcə növbəti etiraz dalğası deyil. Rejim küçələrdə nəzarəti itirir, beynəlxalq təzyiq isə hər gün daha da artır. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli olmasa da, artıq aydındır ki, ölkə son illərin ən həlledici və təhlükəli mərhələsinə daxil olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2026 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri