İran hərbi rəhbərliyi Xameneyi ilə vida günlərində ABŞ və İsrailə xəbərdarlıq edib
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının rəisi Əli Abdullahi Amerika Birləşmiş Ştatları və İsrailə ölkənin həlak olmuş ali lideri ayətullah Əli Xameneyi ilə vida mərasimlərinin keçirildiyi günlərdə İslam Respublikasına hücum etməkdən çəkinməyi məsləhət görüb və sərt cavab zərbələri ilə hədələyib.
Xalqcebhesi.az xəbər verir ki, İranın dövlət teleradioşirkəti onun sözlərindən sitat gətirir.
"Bu əzəmətli və ibrətamiz günlərdə İranın düşmənlərinə, ilk növbədə Amerika Birləşmiş Ştatlarına, sionist rejimə (İsrail nəzərdə tutulur) və onların regional statuslu, həmçinin regiondan kənar müttəfiqlərinə xəbərdarlıq edirik ki, hər hansı bir yanlış addımdan çəkinsinlər. Əziz vətənimizə qarşı hər hansı bir təhdid və ya təcavüzə silahlı qüvvələrin sıralarında xidmət edən İran xalqının övladları tərəfindən veriləcək sərt cavabı unutmasınlar", — deyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 02 İyul 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















