İran Hörmüz boğazında qara siyahı nı genişləndirib
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siyahıya böyük neft tankerləri, mayeləşdirilmiş təbii qaz, neft qazı və neft məhsulları daşıyan gəmilər daxildir. Reuters xəbər verir ki, İran Hörmüz boğazından keçmək üçün Tehranın qaydalarını pozduğuna görə qara siyahıya daha 11 gəmi əlavə edib və ümumi sayı 56-ya çatıb.
Siyahıdakı gəmilər boğazdan keçməyə cəhd göstərdikləri təqdirdə cərimə, yük müsadirə və ya saxlanılma ilə üzləşirlər. Siyahıya, xüsusən də böyük neft tankerləri, mayeləşdirilmiş təbii qaz, neft qazı və neft məhsulları daşıyan gəmilər daxildir.
Tehran həmçinin xəbərdarlıq edib ki, siyahıda olan gəmilərlə əməkdaşlıq edən, o cümlədən malları gəmidən gəmiyə daşıyan gəmilər də məhdudiyyətlərə məruz qala bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 1 sentyabr gecəsi Hörmüz boğazında genişmiqyaslı hücumlar zamanı ABŞ ordusunun 28 İran gəmisini sıradan çıxardığını açıqladı.
Bu, ABŞ-ın Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olaraq İran tankerlərinə hücum etdiyi ilk haldır. Tramp yeni "tankerə tanker" taktikasını təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 04 Sentyabr 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















