Icma.az
close
up
RU
“İran İnternational”: “Pezeşkian mollaları xəbərdar edib ki, rejim süqut edə bilər”

“İran İnternational”: “Pezeşkian mollaları xəbərdar edib ki, rejim süqut edə bilər”

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- +

Ötən gün “Sədae Sima” adlı telekanalda sualları cavablandıran İran prezidenti Məsud Pezeşkian bir sıra maraqlı açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, o, ölkə iqtisadiyyatının durumu, sanksiyalarla mübarizə aparmaq yolları və digər məsələlərdən bəhs edib.

Pezeşkian bildirib ki, mövcud şəraitdə iqtisadiyyatı tənzimləmək mümkün deyil. O, bunu sanksiyaların ciddi zərər vurması ilə əsaslandırıb. Bundan başqa, o, ölkə büdcəsinin boş olduğunu, bəzi ödənişləri etmək üçün pul axtardıqlarını da deyib. “Xəzinə boşdur. Bir çox subsidiyaların ödənilməsini belə həyata keçirə bilmirik”.

“İran İnternational” TV iddia edib ki, Pezeşkian bu günlərdə SEPAH, Ədliyyə Nazirliyi və ETTELAT rəhbərləri ilə görüş keçirib. Həmin görüşdə İran prezidenti benzinin qiymətini artıracaqları təqdirdə, başlayacaq iğtişaşların qarşısının alınması yollarını müzakirə edib. “İran prezidenti bu məsələdə SEPAH-ın üzərinə əsas gücün düşdüyünü bildirib. Lakin əvvəlki aksiyaların dağıdılmasından fərqli bir yol seçilməsini, ölüm hallarının olmamasına çalışılmasını təklif edib”.

Sözügedən telekanal onu da bildirib ki, Pezeşkian güc strukturları, habelə dini liderin ofisini xəbərdar da edib. “O, İran İslam Respublikasının süqut etmə ehtimalı ilə bağlı xəbərdarlıq edib”.

Tribunainfo.az xəbər verir ki, bunun ardından “Khabarfori” saytı Pezeşkianın çıxışını təhlil edən yazı ilə çıxış edib. Sayt yazıb ki, İran prezidenti Məsud Pezeşkianın yerli televiziya ilə çıxışı ümdisizlik idi. “100 gün əvvəl ciddi vədlər verən, əhalini ruhlandıran Pezeşkiandan əsər-əlamət belə qalmayıb. O 100 gün əvvələ nisbətən daha ümidsiz görünürdü.  Vədləri getdikcə kiçilib, yerinə yetirilməyən vədlər əvəzinə faktları qəbul etməli olduğunu vurğulayıb. Təbii ki, Pezeşkianı “perspektivsiz prezidentlər” adlandırırlar”.

Qeyd edək ki, İran prezidentinin “perspektivsiz prezident” kimi təqdim olunması molla rejiminin onunla toqquşmasının təzahürüdür.  Bu proses bir qədər əvvəldən başlayıb və hazırda yeni bir toqquşma dönəmninə girməkdədir. Molla rejimi sanksiyalar götürülmədən iqtisadiyyatın düzəldilməsini tələb edir ki, Pezeşkian da bunun mümkün olmadığını artıq açıq tekstlə bildirir. Elə prezidentin müşaviri Məhəmməd Cavad Zərifin son açıqlaması da təsdiq edir ki, Pezeşkian hökuməti sanksiyaların aradan qaldırılmasına hazır olduqlarını bildirsələr də, onun mollalar tərəfindən önlənildiyini dilə gətirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Dekabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri