Icma.az
close
up
RU
İran İsaril arasında nə baş verdi: ŞOU, yoxsa MÜHARİBƏ?

İran İsaril arasında nə baş verdi: ŞOU, yoxsa MÜHARİBƏ?

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İran və İsrail arasında qısa müddətdə atəşkəsin əldə olunması gözlənilən idi. Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlər realdır, amma uzun müddət bağlanması da mümkün deyil. Sadəcə, bu istiqamətdə blef xarakterli  qısa müddətli addımlar atıla bilər. Hətta ABŞ tərəfindən verilən bəyanatlar bunu göstərir ki, İran artıq nüvə başlıqlarına sahib olmaq potensialını tamam itirib. Texniki olaraq bu potensiala sahib deyil. Deməli, hədəfə nail olublar”.

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloq İran və İsrail arasındakı münaqişənin qısamüddətli hərbi əməliyyatlar olduğu proqnozunu əvvəlcədən düşündüyünü bildirib: “Çünki İsrail və İran arasında uzun müddətdə və geniş masştabda hərbi əməliyyatların davam etməsi mümkün deyildi. Hava hücumunun həyata keçirilməsi, qarşılıqlı olaraq aparılan əməliyyatlar yalnız qısamüddətli ola bilərdi. Münaqişə quru əməliyyatlarına keçməli idi, İsrailin isə İranla birbaşa quru sərhədləri yoxdur. Ərazi sərhəddi olan dövlətlərin mövqeləri də hər kəsə bəllidir. Düşünürdüm ki, qısa müddətdə qarşılıqlı həyata keçirilmiş blefin nəticəsi kimi müəyyən əməliyyatlar ola bilər. Əməliyyatların nəticələrinə nəzər yetirəndə də bunu müşahidə etmək mümkündür. Amerika tərəfindən aparılan əməliyyatlarda nüvə mərkəzləri bombalansa da, İran tərəfindən adekvat tədbirlər öncədən alınmışdı. Eyni qaydada İranın da Qətərə, İraqa və digər bölgələrə olan hücumları da konkret zərər və ya zərbə vurmaq məqsədindən çox, cavab reaksiyası olaraq qiymətləndirilir”.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see133

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see120

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see120

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see120

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see119

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see117

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see115

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see115

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see114

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see114

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see113

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see113

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see113

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see113

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see112

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see112

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri