İran İsrailə qarşı yeni müsəlman birliyi təşkil etmək istəyir “İranın ideyası İsrailin gələcək planları ilə bağlıdır” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin Yaxın Şərqdə “sabitliyin yaradılması və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi” üçün Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni təşkilatın yaradılması ideyası İsrailin gələcək planları ilə bağlıdır”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İranın mühafizəkar dairələri 3 müttəfiqini – “Həmas”, “Hizbullah” və Əsəd rejimini itirdikdən sonra növbəti hədəfin onlar olacağını proqnozlaşdırırlar: “Tehranda və Qumda qərar verənlər bu baş verməsin deyə Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirmək istəyirlər. Nə qədər ki, “Həmas”, “Hizbullah” və Əsəd var idi, müsəlman ölkələrin birliyi Tehranın ağlına gəlmirdi, elə ki, müttəfiqlər zəiflədildi və İsrailin Baş naziri Benyamin Netahyahu “növbəti hədəfimiz İrandır” söylədi, vəziyyət qəlizləşdi. İslam Əməkdaşlıq Təşkilatı varkən, müsəlman ölkələrin yeni birliyinə nə ehtiyac var?”
Ekspertin sözlərinə görə, Tehran yeni birlik formatı ilə bölgədə anti-İsrail bloku formalaşdırmaq istəyir ki, təhlükə İrana çatdıqda “birlik” üzvləri ona kömək etsin. “Ancaq Cavad Zərifin birlikdə görmək istədiyi ölkələrin maraqları İranın maraqları ilə üst-üstə düşmür, bəzilərinin İsraillə dialoqu da var və bu səbəbdən onların yeni formata ehtiyacları yoxdur”, - o əlavə edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Dekabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















