İran İsrailin nüvə reaktorunu VURACAQ
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İran İsrailin nüvə reaktoruna raket zərbəsi endirə bilər.
“Cebehinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, söhbət İsrailin Dimona nüvə reaktorundan gedir..
İranın yüksək vəzifəli hərbi rəsmisi xəbərdarlıq edib ki, əgər ABŞ və İsrail İranda rejim dəyişikliyinə cəhd edərsə, Tehran İsrailin Dimona nüvə reaktoruna raket zərbəsi endirəcək.
ABŞ-İsrail hücumlarının ikinci həftəsinə qədəm qoyduğu və ölənlərin sayının 1000-i keçdiyi bir zamanda Tehran Yaxın Şərqin ən həssas strateji obyektlərindən birini hədəf alacağı barədə sərt xəbərdarlıq edib.
İran rəsmisi İSNA xəbər agentliyinə bildirib ki, əgər Vaşinqton və Təl-Əviv İranda rejim dəyilikliyinə cəhd etsələr, İsrailin Dimona nüvə reaktoru və bütün regional enerji infrastrukturu Tehranın hədəfində olacaq.
Qeyd edək ki, Şimon Peres adına Nüvə Tədqiqatlar Mərkəzi - Dimona obyekti İsrailin cənubundakı Negev səhrasında, Dimona şəhərindən təxminən 13 kilometr və Yerusəlimdən 90 kilometr məsafədə yerləşir.
Elektrik cərəyanlı hasarlar, patrul yolları və zenit-raket batareyaları ilə qorunan 10 binadan, səkkiz yeraltı laboratoriyadan ibarətdir. Obyektdə təxminən 2700 alim fəaliyyət göstərir.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















