“İran İsraillə genişmiqyaslı müharibəyə hazırdır”
Icma.az bildirir, Missiya.az portalına istinadən.
“İran İsraillə birbaşa qarşıdurma istəmir, lakin Tehran Tel-Əvivlə genişmiqyaslı müharibəyə və təhdidlərə cavab verməyə hazırdır”.
Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Portuqaliyada BMT-nin Sivilizasiyalar Alyansının forumundan sonra jurnalistlərə müsahibəsi zamanı deyib.
O, qeyd edib ki, İsrail İranın imkanlarını, Tehranın özünü necə müdafiə edə biləcəyini bilir.
Onun sözlərinə görə, İsraildən fərqli olaraq İran regionda eskalasiyaya can atmır:
“Biz irimiqyaslı müharibəyə belə hazırıq. Amma bunu istəmirik. Əgər israillilər müharibə yolunu seçsələr, biz buna tam hazır olacağıq”, - deyə Əraqçi vurğulayıb.
İran diplomatiyasının rəhbəri əlavə edib ki, Yaxın Şərqdəki münaqişələrin həllinə görə məsuliyyət ilk növbədə ABŞ-nin üzərinə düşür.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















