Icma.az
close
up
RU
İran İsraillə müharibəyə hazırlaşır: Yüzlərlə raketlə əks zərbə planı

İran İsraillə müharibəyə hazırlaşır: Yüzlərlə raketlə əks zərbə planı

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İranın hərbi və siyasi rəsmiləri İsrail tərəfindən hücum olacağı təqdirdə cavab tədbirlərini müzakirə ediblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə edərək yəhudi dövlətinin ərazisinə dərhal əks-zərbə endirməyi nəzərdə tutan cavab planı hazırlayıb.

CBS telekanalının əvvəllər məlumat verdiyi kimi, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olduğu barədə məlumat alıblar. "Axios" internet portalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahunu belə bir addımdan çəkindirmişdi.

Öz növbəsində ABŞ hərbi dairələrinin nümayəndəsi bildirmişdi ki, müdafiə naziri Pit Heqset təhlükəsizlik məqsədilə amerikalı hərbçilərin ailə üzvlərinin Yaxın Şərqdən "könüllü çıxışına" icazə verib. Dövlət Departamenti isə "regionda gərginliyin artması" səbəbindən ABŞ-nin İraqdakı səfirliyinin bir sıra əməkdaşlarına ölkəni tərk etməyi tapşırdığını bildirib. Tramp bu addımları şərh edərkən vurğulayıb: "Onları çıxarırlar, çünki bu yer təhlükəli ola bilər. Görək nə olacaq".

İran haqqında danışan Ağ Ev sahibi qeyd edib:

"Onların nüvə silahı əldə etməsinə icazə vermək olmaz. Biz buna imkan verməyəcəyik".

Çərşənbə günü İslam Respublikasının müdafiə naziri Əziz Nəsirzadə bəyan edib ki, ABŞ ilə müharibə olacağı təqdirdə İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarına hücum edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri