İran MAQATE ni hərəkətsizlikdə ittiham ETDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin hərəkətsizliyi Buşehr Atom Elektrik Stansiyası kimi nüvə obyektlərinə qarşı “təcavüzü alovlandırır”.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Məlumatda bildirilib ki, bu açıqlama 6 apreldə Məhəmməd Eslami tərəfindən Rafael Qrossiyə ünvanlanan məktubda verilib.
Eslami bildirib ki, İranın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasına artıq dörd dəfə hücum edilib və aprelin 4-də baş verən son hücum zamanı bir mühafizəçi həlak olub, bir neçə nəfər isə yaralanıb.
O xəbərdarlıq edib ki, bu cür hücumlar fəaliyyətdə olan reaktordan radioaktiv materialların yayılmasına səbəb ola bilər ki, bu da insanlar, ətraf mühit və qonşu ölkələr üçün “geri dönməz nəticələrə” yol açar.
Eslami hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb və agentliyin “qətiyyətli tədbir görməməsini” tənqid edərək, sadəcə narahatlıq ifadə etməyin kifayət olmadığını, əksinə, daha çox hücumlara səbəb ola biləcəyini vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Aprel 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















