Icma.az
close
up
RU
İran mətbuatı Yeganə Hacıyevanı aldadıb: “Adım siyahıya məndən xəbərsiz əlavə olunub”

İran mətbuatı Yeganə Hacıyevanı aldadıb: “Adım siyahıya məndən xəbərsiz əlavə olunub”

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Politoloq Yeganə Hacıyeva İranın yarımrəsmi “Mehr” informasiya agentliyinin onu aldadaraq, xəbəri olmadan spiker kimi təqdim etdiyini bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Yeganə Hacıyeva bildirib ki, “Mehr” agentliyi tərəfindən Zəngəzur dəhlizi mövzusunda keçiriləcək konfransla bağlı paylaşılan məlumatlarda onun da spikerlər siyahısında yer aldığı göstərilib. Lakin politoloqun sözlərinə görə, bu, tamamilə onun xəbəri və razılığı olmadan baş verib.

“Dünən Facebook dostlarımın paylaşdıqları məlumatlardan öyrəndim ki, planlaşdırılan konfransda mənim də iştirakım nəzərdə tutulur və adım spikerlər siyahısında yer alıb. Bu, mənim üçün gözlənilməz idi. Bəyan edirəm ki, adım həmin siyahıya məndən xəbərsiz və şərti şəkildə əlavə olunub”, - deyə Hacıyeva qeyd edib.

Politoloq əlavə edib ki, sadəcə Zəngəzur dəhlizi ilə bağlı “Mehr” agentliyinə video müsahibə verib, lakin həmin video materialın beynəlxalq forum çərçivəsində səsləndiriləcəyi barədə onun məlumatı olmayıb və bu, əvvəlcədən onunla razılaşdırılmayıb.

Yeganə Hacıyeva artıq “Mehr” agentliyinə və müsahibəni götürən jurnalistə yazılı etiraz məktubu göndərdiyini, adının spikerlər siyahısından çıxarılmasını tələb etdiyini bildirib.

“Bütün bunları nəzərə alaraq, bundan sonra “Mehr” informasiya agentliyi ilə müsahibə və şərh vermək kimi mövcud əməkdaşlığımı dayandırıram”, - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, “Mehr” agentliyi İranın hakim dairələrinə yaxınlığı ilə tanınır və dəfələrlə Cənubi Qafqaz regionu ilə bağlı təhrif olunmuş məlumatların yayılmasıyla gündəmə gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see249

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see141

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see115

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see114

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see114

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see113

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see111

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see111

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see110

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see110

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see110

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri