Xanım İsmayılqızı: Mənəm... Adım Xocalıdı
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Soyqırımı yaşayanam,
Ağrı-acı daşıyanam,
Hələ də alışıb-yanan
Mənəm... Adım Xocalıdı.
Öz Yurdumun fəryadıyam,
Ana torpağın dadıyam,
Məndə gəzənin yadıyam,
Mənim adım Xocalıdı.
Üzümə qanlar səpilib,
İzimə canlar səpilib,
Gözümə anlar səpilib,
Mənim adım Xocalıdı.
Burdan dostum, doğmam köçüb,
Ayrılıqdan illər keçib,
Qalanlar qanımı içib,
Mənim adım Xocalıdı.
Qucağım düşmən tapdağı,
Faciədir solum, sağım,
Ahımdan ucalır ağım,
Mənim adım Xocalıdı.
Dünya eşitmir səsimi,
Kəsmək olmaz nəfəsimi,
Qapısı var qəfəsimin,
Mənim adım Xocalıdı.
Kölgəmi çəkib qalmışam,
Diz üstə çöküb qalmışam,
Boynumu büküb qalmışam,
Mənim adım Xocalıdı.
Vətənimin yazısıyam,
İgidiyəm, Qazisiyəm,
Azərbaycanın səsiyəm,
Mənim adım Xocalıdı.
Zəncirləri qıracağam,
Ayaq üstə duracağam,
Yenə həyat quracağam,
Mənim adım Xocalıdı.
Soyqırımı yaşayanam,
Ağrı-acı daşıyanam,
Hələ də alışıb-yanan
Mənəm... Adım Xocalıdı.
26 fevral, 2023.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















