Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Vətən mənim öz adım

Vətən mənim öz adım

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Unutmamalı və unutdurmamalı!

Biz tarixin müəyyən zaman kəsiklərində xalqımızın başına gətirilən faciələri, soyqırımları unutduq və unutdurduq. Mənfur düşmənlərimizi gələcək nəsillərə olduğu kimi tanıtmadıq. Qatı düşmən isə heç zaman yatmadı, çirkin niyyətlərinin keşiyində həmişə ayıq-sayıq dayandı. Qələbələrini də elə bu səbəbdən qazandı. 1536-cı ildə bir milyon kvadrat kilometrlik ərazidə öz parlaq səltənətini quran böyük Azərbaycan hazırda 86,6 min km²-lik əraziyə malikdir. Bu faktın özü bir çox məqamlardan, mətləblərdən xəbər vermirmi?

Zamanında düşmənin hiyləsini, məkrini görüb xalqa olduğu kimi izah etsəydik, təbliğ etsəydik, xalqın yaddaşını korşalmaqdan qorusaydıq və ən nəhayət, birləşsəydik, bu günkü maddi və mənəvi itkilərlə üzləşməzdik. Dünənimizdə baş verən səhvləri biz bu gün düzəltməliyik. Haqq səsimizi bütün dünyaya hayqırmalıyıq. Bunun üçün isə ən birinci silahımız mənfur qonşlarımıza qarşı təbliğat və təşviqat vasitələrini daim aktiv fəaliyyətdə saxlamağımızdır.

Tarixi Azərbaycan torpaqları üzərində salınan şəhər və kəndlərimizi müasir dövrün internet resurslarından istifadə etməklə beynəlxalq aləmə tanıtmalı, habelə, onları mənfur erməni yalanlarının məngənəsindən qurtarmağa çalışmalıyıq.

Dayanmadan çalışan məkrli erməni təbliğat maşınının qarşısında durmaq və tərəfimizdən daima müqavimət göstərmək mütləq haldır. Bunun üçün bütün təbliğat və təşviqat fəailiyyətimizi qarşı tərəfin əksinə- həqiqətin səmtinə yönəltməliyik ki, heç kimsə bu saxtakarların dediyinə, uydurmasına, saxta nağıllarına inanmasın. Daima fəaliyyətimizi haqq istiqamətində qurmalıyıq. Əcdadlarımızın bizə miras qoyub getdikləri, tarixi-milli, dini abidələrimizi mənfur qonşularımızın hiyləsindən, fitnə-şərindən qorumalı, onu gələcək nəsillərə miras olaraq ərməğan etməliyik. Bu yolda sarsılmaz dəyanətimiz, ardıcıl mübarizəmiz və yağı düşmənə qarşı haqq savaşımız əbədi məşəl kimi alovlanmalı və bizi haqlı istəyimizə doğru götürməlidir.

Torpağını, millətini sevərək, onu göz bəbəyi kimi qorumağı qarşısına məqsəd olaraq qoyan Azərbaycan vətəndaşları bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Biz də Vətəndaş Cəmiyyəti İnstitutu olaraq bu istiqamətdə öz töhfəmizi verməliyik.

Gələcəyimiz olan uşaqlara, gənclərə milli-mənəvi dəyərlərimiz, tarixi keçmişimiz, hərb tariximiz haqqında geniş məlumatlar verilməlidir. Onlara xalqımızın görkəmli elm xadimləri tanıdılmalıdır. Ədəbiyyat və incəsənət tariximizdən bəhs etməli, soy-kök bağlarımızdan, min illiklərə söykənən dövlətçilik tariximizdən danışılmalıyıq.

Vətənə, torpağa bağlı sevginin bədii təcəssümü olaraq gənclərimiz qəhrəmanlığı, ərliyi, ərənliyi xalqımızın yaratdığı qəhrəmanlıq dastanlarından, eposlarından öyrənməlidir. Tomrisin, Bayındır xanın, Qazan xanın, Burla xatunun, Koroğlunun, Gizzir oğlu Mustafa bəyin, Qaçaq Nəbinin, Həcərin, Mübariz İbrahimovun, Polad Həşimovun və digər qəhrəmanların həyatı gəncliyə örnək bir məktəbdir.

…İllərlə həsrət qaldıq o Vətən torpaqlarına. İgidlər oylağı Cıdır düzü bədöy Qarabağ atları üçün qəribsədi. Bulaq başları nazlı sənəmlərini arzuladı. Yüzlərlə vətən həsrətli qarabağlı, zəngəzurlu gözü yaşlı, könlü dağlı köçdü dünyadan…

Biz mənfur erməni tapdağı altında inildəyən vətən torpaqlarını- Qarabağı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri və digər yurd yerlərimizi an belə unutmadıq.

Dövlətimiz xalqla bir oldu. Qarabağ, Şuşa bir an belə unudulmadı. Bütün Azərbaycanın və azərbaycanlıların sözü-söhbəti Qarabağ, Şuşa, erməni tapdağında qalan Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli oldu.

Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündəki “yallısı” Qarabağın azad olunması yolunda həlledici məqam oldu –“nöqtə” “Nida” ilə qarşılaşdı.

Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev bu rəzillərin “özbaşınalığına qarşı” sərt mövqe nümayiş etdirdi.

Nəhayət, həqiqət zəfər çaldı. Ulu Öndərin arzusunu Ali Baş Komandanımızın ardıcıl, dönməz qətiyyəti, böyük şücaəti, “dəmir yumruğu” həyata keçirdi.

2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi düşmən əsarətindən qurtuluşla nəticələndi. Torpaqlarımız yağı düşmənin caynağından igid oğullarının hesabına qurtarıldı. Bütün Azərbaycan o şanlı tarixi günü bayram etdi. Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə igid, qorxmaz, cəsur, ürəyi vətən, Qarabağ, Şuşa sevgisi ilə dolu olan ərlərimiz, ərənlərimiz işağl altında inildəyən Vətən torpaqlarını əsarətdən qurtardılar. Başından dumanı, çəni, yağışı-yağmuru əskik olmayan Şuşa 2020-ci ilin noyabr ayında özünün nadir günlü-günəşli günlərini yaşayırdı. Sanki öz doğma ana qucağını açaraq, öz övladlarını qoynuna səsləyirdi.

Yeri gəlmişkən qeyd edim ki, ötən illər ərzində mənfur erməni təbliğat maşını dünyanı əsassız, uydurma iddialarla Qarabağı, həmçinin, milli mədəniyyət beşiyimiz olan, Pənahəli xan tərəfindən salınan qədim-qayım türk torpağı olan Şuşanı bütün dünyaya erməni yurdu olaraq təbliğ etdi və hazırda da etməkdədir. Onlar öz çirkin əməllərindən əsla əl çəkmirlər.

Ötən 30 il ərzində torpaqlarımızda at oynadan, özbaşınalıq edən barbar erməni terrorçuları beynəlxalq məhkəmələrdə törətdikləri əməllərə görə ciddi məsuliyyətə cəlb olunmalıdırlar. Erməni hökuməti tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizə, habelə, vətəndaşlarımıza qarşı cinayət tərkibli əməllərinə görə cavabdehlik daşımalıdır. Quldurluqla məşğul olan erməni dövlətinin iç üzü sübut və dəlillərlə ifşa olunmalı və bu materiallar beynəlxalq məhkəmələrə, aidiyyatı orqanlara, erməniləri himayə edən dünyanın bir çox hökumətlərinə çatdırılmalıdır.

Əsl erməni üzü, yalan və uydurması ifşa olunmalı və bu bütün sülhsevər dünyaya bəyan edilməlidir. Bu üzdəniraqlar bir milyondan artıq azərbaycanlının milli-mənəvi hissiyyatı ilə oynadılar, onları doğma ocaqlarından didərgin düşürdülər, ölüsünə-dirisinə hörmət qoymadılar.

Bu var-dövlət tamahkarları, oğruları vətəndaşlarımızın malını-mülkünü əllərindən aldılar, özlərini isə ayağı çılpaq, başı açıq çöllərə saldılar. Ömrü boyu evində, elində yaşayan insanlar can hövlü ilə dağlara, dərələrə pənah apardılar. Bu dağ və dərələrdə də onları qatil, quldur erməni terrorçuları aman vermədi. Xalqımızın başına gətirdikləri soyqırımlarına, faciələrə görə, milli-mənəvi genetik yaddaşımıza vurulan bu zərbələrə görə erməni qaniçənliyini unutmayayacaq, unutdurmayacaq və daima onları lənətləyəcəyik. Çünki, başımıza nə gəldisə, unutqanlığımız üzündən gəldi.

Bütün bu həsrətin, ağrı-acının, zülm və vəhşətin təsviri, təşviqi, təbliği daima olaraq gündəlikdə saxlanılmalı, tərəfimizdən hələ də “eşitməyən” qulaqlara haqq səsimiz eşitdirilməlidir. Kütləvi İnformasiya Vasitələri, sosial media qurumları, müxtəlif şəbəkələr, habelə, əyani və qiyabi görüşlər müqəddəs amal və məramımız yolunda ən yaxın silahdaşımız olmalıdır. “Müsəlləh” əsgər olaraq Vətən yolunda daima-durmadan çalışmaq qarşımıza qoyduğumuz əsas məqsəd olaraq yollarımıza nur səpməlidir.

İslam MAHMUDOV


Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri