İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ a göndərib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İran hakimiyyəti ABŞ ilə müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri ilə Vaşinqtona çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir.
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
İranın təhlükəsizlik rəhbərliyi daha əvvəl də Qətər daxil olmaqla vasitəçilərlə danışıqlar apardığını və müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və dəniz blokadasının ləğvini əsas tələblər sırasında göstərdiyini açıqlamışdı.
“Biz Qətər vasitəçisi ilə əlaqədəyik. O, müharibənin dayandırılması məqsədilə şərtlərimizi Vaşinqtona çatdırıb və Prezident Trampın cavabını gözləyirik”, – Rezai bildirib.
Onun sözlərinə görə, İranın şərtlərinə bütün cəbhələrdə müharibənin dayandırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının aradan qaldırılması daxildir. Tehran bundan əvvəl Hörmüz boğazının açılmasını da ABŞ-nin müharibəni və dəniz blokadasını dayandırması, İranın xaricdəki dondurulmuş vəsaitlərinin azad edilməsi ilə əlaqələndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 19 Sentyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















