İran neft bazarını “silkələyir”: qiymətlər qalxdı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Neftin qiymətində müşahidə olunan kəskin dalğalanmalar əsasən İran ətrafında baş verən hadisələrlə bağlıdır. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik, İranın vurulub-vurulmayacağı ilə bağlı risklər bazarda psixoloji və real təsir yaradır. Bundan əlavə, dolların ucuzlaşması da qiymətlərə ciddi təsir göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli neft bazarındakı son proseslərdən danışarkən deyib.
Onun sözlərinə görə, gündəlik və həftəlik dalğalanmalar neft bazarı üçün o qədər də həlledici deyil:
“Əsas göstəricilər rüblük, 6 aylıq, 9 aylıq və illik orta qiymətlərdir. İran ətrafında qeyri-müəyyənlik davam etdikcə bazarda dalğalanmalar qaçılmaz olacaq.
Qiymətlərə təsir edən digər mühüm amil Rusiya neftinin dünya bazarına çıxışında yaranan məhdudiyyətlərdir. Bəzi məlumatlara əsasən, dünya okeanlarında tankerlərdə 35–40 milyon barrelə yaxın Rusiya nefti qalıb və sanksiyalar səbəbindən bu həcmlərin satışı çətinləşib. Bu isə bəzi ölkələrin, o cümlədən Hindistan kimi iri alıcıların neft tədarükündə problemlər yaradır və nəticədə qiymətlərə əlavə təsir göstərir”.
Qeyd edək ki, ötən gün “Brent” markalı neft kəskin bahalaşaraq, 70 dollara qalxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Fevral 2026 07:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















