Icma.az
close
up
RU
“İran müharibəsi neft bazarını silkələyir“ “Politico“

“İran müharibəsi neft bazarını silkələyir“ “Politico“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hətta müharibə bitsə belə, enerji bazarlarında gərginlik və yüksək qiymətlər uzun müddət davam edə bilər..."

Yaxın Şərqdəki münaqişə və Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi enerji gəlirlərinin yenidən geosiyasətin mərkəzinə qayıtdığını göstərir.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Yaxın Şərqdə müharibə və neft bazarı

Nəşrin yazdığına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları qlobal enerji bazarını ciddi şəkildə sarsıdıb və bu səbəbdən neft qiymətlərinin tezliklə aşağı düşməsi ehtimalı azdır. ABŞ prezidenti Donald Trump müharibənin tezliklə başa çata biləcəyini desə də, münaqişənin enerji bazarına təsiri uzun müddət davam edə bilər.

Xüsusilə Hörmüz körfəzi ətrafında yaranan gərginlik əsas risklərdən biri hesab olunur. Dünya üzrə gündəlik enerji tədarükünün təxminən beşdə biri məhz bu boğazdan keçir. Müharibə zamanı tanker hərəkətinin dayanması, enerji infrastrukturuna hücumlar və region ölkələrində hasilatın məhdudlaşdırılması bazarda ciddi qeyri-müəyyənlik yaradıb.

Enerji gəlirləri və Rusiyanın müharibəsi

Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ tərəfindən Rusiyaya qarşı bəzi sanksiyaların müvəqqəti zəiflədilməsi Moskvanın əlavə maliyyə əldə etməsinə səbəb ola bilər. Onun sözlərinə görə, belə qərar Rusiyaya təxminən 10 milyard dollar əlavə gəlir qazandıra bilər.

Zelenski bu fikirləri Fransa prezidenti Emmanuel Makron ilə birgə brifinqdə səsləndirib və qeyd edib ki, Rusiya enerji satışından əldə etdiyi vəsaiti əsasən silah istehsalına, xüsusilə də pilotsuz uçuş aparatlarına yönəldir. Ukrayna tərəfi hesab edir ki, sanksiyaların yumşaldılması Moskvanın hərbi imkanlarını daha da gücləndirə bilər.

Enerji böhranının mümkün nəticələri

Vaşinqton isə qərarı taktiki addım kimi izah edir. ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, martın 12-dək tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına müvəqqəti icazə verilməsi Yaxın Şərqdəki vəziyyətlə bağlıdır və bu, ABŞ-ın ümumi siyasətində dəyişiklik demək deyil.

Bununla belə, bəzi Avropa siyasətçiləri qərarı tənqid edir. Almaniya kansleri Friedrix Mers bu addımı "yanlış qərar" adlandırıb. Analitiklər isə hesab edir ki, Yaxın Şərqdə müharibə və enerji bazarındakı qeyri-müəyyənlik davam edərsə, neft qiymətləri uzun müddət yüksək səviyyədə qala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Mart 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri