Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Xəzərin durumu balıq bazarını silkələyir

Xəzərin durumu balıq bazarını silkələyir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2025-ci ildə həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb".

Modern.az xəbər verir ki, bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib. 

Onun sözlərinə görə, proses zamanı bəzi vacib məqamlar üzə çıxıb. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alınıb. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması aşkarlanıb. Bəs Xəzərin çəkilməsi, çaylarda suyun azalması balıq bazarına necə təsir edir?

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlının sözlərinə görə, Kür çayında və digər çaylarda sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir: "Hansı balıqlar ki, təbii kürü tökmək üçün kiçik və ya böyük miqrasiya edirlər, onların ehtiyatlarında ciddi azalma müşahidə ediləcək. Çünki çayların suyu balıqların miqrasiya edə bilməsi üçün önəmlidir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində müəyyən çətinliklər yaradır. Artıq Xəzər qızıl balığı, nərə cinsli balıqların böyük miqrasiyasından danışa bilmirik. Çünki 1950-ci illərdən sonra bu balıqların miqrasiyası Kür çayı üzərində tikilmiş bəndlərin nəticəsində azalmağa başlamışdı. Hazırda isə bu balıqların təbii kürü tökməsi mövcud deyil”. 

Sədrin fikrincə, çəkikimilərin azalacağı bir neçə il öncədən bəlli idi: "Səbəblərdə iqlim və ya antropogen faktorları ayırmaq qeyri-mümkündür. 2-3 il öncədən biz bunu proqnoz etmişdik. Həmin dövrdə Kür çayının mənsəbində Salyan-Neftçala ərazisində dəniz suyu Kür çayına qarışmışdı. Hətta Şırvana qədər duzluluq artdı. Bu da Kür çayının mənsəbində kürüləyən çəkikimilərin həmin mövsümdə çox az və yaxud heç olmamasına səbəb oldu. Bu gün həmin prosesin nəticəsini görə bilirik. Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb. Xəzər qızıl balığı hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nərə cinsli balıqlardan bölgə, belamur da təhlükədədir. Bu da bazara öz təsirini göstərir. Hazırda bazarlarda olan balıqlar ya idxal, ya da yetişdirilmədir”. 

Z.Salmanlı bildirdi ki, baş verən proseslərlə əlaqədar bütün balıq növlərində bahalaşma müşahidə ediləcək: "Balıq ehtiyatları azaldıqca artan istehlakı məcbur idxalla qarşılayacağıq. Çünki balıq yetişdirmə sahəsi də çətin vəziyyətdədir. 3-4 ildən sonra bəlkə bu sahə inkişaf edə bilər. Amma hazırda vəziyyət acınacaqlıdır. Balıq adi ərzaqdan bahalı məhsula çevrilib. Bahalaşma bütün növlərdə gözlənilir. Balığın ucuzlaşması üçün ehtiyatlar artırılmalıdır”. 

Azərbaycan Balıqçılar İttifaqı rəhbəri Əfqan Əliyev isə düşünür ki, balıqların azalmasına səbəb təkcə iqlim yox, həm də insan amilidir: "Ümumiyyətlə, Kür və Araz çaylarının suyunun azalması onlardan ayrılan qolların qurumasına səbəb olur. Bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qolların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir. ⁠Çəkikimilərin azalmasının əsas səbəblərinin iqlim dəyişikliyinə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan su hövzələri təhlükəsizliyi agentliyi sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın”.

Ə.Əliyevin sözlərinə görə, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması nəinki düşündürücü, hətta faciəvidir: "İki il öncə rəsmi qurum nümayəndələrindən biri bu rəqəmin 80 faiz üzərində olduğunu bildirmişdi. İndi bu göstərici daha da artıb və buna əsas olaraq balıq məhsullarının bugünkü qiymətlərini göstərmək olar. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir”. 

Müsahibimiz artan bazar qiymətlərindən də bəhs etdi: "5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb. Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur. Çünki bu balıqların sürətlə azalması gedir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, insanların sağlamlığına da təsir edir. Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Qiymət artımının qarşısının alınması hələ ki idxaldan asılıdır. Balıq qıtlığının aradan qaldırılması üçün tədqiqatlar artıq dövlət səviyyəsində aparılır”.  (Mənbə: "Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri