Icma.az
close
up
RU
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? Kursu dəyişdirən səbəb

İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? Kursu dəyişdirən səbəb

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın ABŞ prezidenti postuna ikinci qayıdışından narahat olan İran qonşu ölkələr, o cümlədən Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.

“İran Azərbaycanın İsraillə münasibətlərinə görə son yarım onillikdə Bakı ilə gərginləşən əlaqələrini yaxşılaşdırmağa çalışır. Görünür, Tehran kursunu dəyişib. Bu, çox güman ki, “Hizbullah” və Əsəd rejimi kimi güclü müttəfiqlərini itirdikdən sonra İranın region ölkələri ilə diplomatik əlaqələrini gücləndirmək ehtiyacı ilə əlaqəlidir.

Türkiyə də İranın radarındadır. Tehranın artıq Ermənistanla sıx əlaqələri var. İran bu yaxınlarda Rusiya ilə saziş imzalayıb”, - İsrail nəşri bildirib.

Mənbə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Tehrana son səfərinə diqqət çəkib:

“İran Prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə iki qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsini vurğulayıb.

Pezeşkian deyib: “İran qonşu və müsəlman ölkələri ilə münasibətlər və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini prinsipial siyasət kimi öz gündəliyinə daxil edib, bu baxımdan Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir, iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirmək istəyirik”.

Tehran Bakı ilə daha çoxsaylı müqavilələr imzalamağa, o cümlədən dəmir və avtomobil yolları əlaqələrinin yaxşılaşdırılmasına can atır. Pezeşkian bu kontekstdə qeyd edib ki, bu əməkdaşlığın səviyyəsinin davam etdirilməsi və gücləndirilməsi İran və Azərbaycanı bir-biri üçün strateji tərəfdaşa çevirəcək”.

“Yerusəlim Post” məqaləsində Mustafayevin bu sözlərinə də yer verib:

“Son onilliklər ərzində Azərbaycan İranla əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyib. Üstəlik, prezidentliyiniz müddətində şahidi olduğumuz mühüm dəyişikliklər iki ölkə arasında münasibətlər və regionumuzdakı vəziyyətdə parlaq gələcək vəd edir”.

Regional məsələlərin müzakirə edildiyi ikitərəfli görüş Suriya rejiminin süqutu və ABŞ Prezidenti Donald Trampın yenidən Ağ Evə qayıtmasından sonra baş tutub”.

Nəşrin fikrincə, Trampın qayıdışının mümkün mənfi nəticələrini nəzərə alan Tehran indidən özünə yaxşı mövqe tutmağa çalışır:

“Xüsusilə yeni sanksiyalardan narahat olan İran ABŞ-nin regiondakı rolunu artırıb-artırmayacağı ilə maraqlanırlar.

Mustafayev Pezeşkiana iki ölkə arasında xüsusilə ticarət-iqtisadi sektorlardakı əlaqələrin son vəziyyəti, həmçinin dəmir yolu və avtomobil nəqliyyatı və enerji mübadiləsi sektorlarında həyata keçirilən birgə layihələr haqqında ətraflı məlumat verib.

Mustafayev deyib: “Azərbaycanın yüksək səviyyəli iqtisadi nümayəndə heyəti Tehrana səfəri zamanı İranla iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün yol xəritəsini cızmaq istəyir və biz bu istiqamətdə iki ölkə arasında strateji əməkdaşlıq qurmaq istəyirik”.

Azərbaycan Pezeşkianı səfərə dəvət edib ki, bu da onların münasibətlərində və İranın maraqları baxımından mühüm gəlişmə olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Yanvar 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri