İran ordusu və Sepah döyüş hazırlığının zirvəsindədir Baqeri
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazında, Körfəzdə, Makran sahillərində döyüş və əməliyyat hazırlığının zirvəsindədir.
Bakıvaxtı.az Sepahın informasiya mənbələrinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.
“Silahlı qüvvələrimiz düşmənə qarşı durmaq üçün tam güc və hazırlığa malikdir”, - Baş Qərargah rəisi vurğulayıb.
Qeyd edək ki, İran hakimiyyəti ABŞ, Böyük Britaniya, İsraili özünə düşmən bilir və ölkənin hərbi hazırlığına dair bütün mesajları əsasən onlara ünvanlanır. Baqeri də həmin dövlətlərə işarə edərək deyib:
“Ola bilər, siz səhv hesablamalara əsaslanaraq İranla münaqişəyə başlayarsınız. Münaqişənin sonu, onun forması, vaxtı, yeri və döyüş meydanının genişlənməsi artıq sizin əlinizdə olmayacaq, bunları İslam Respublikası müəyyən edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 May 2025 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















