Icma.az
close
up
RU
İran, Rusiya, Ermənistan üçbucağı çat verib Politoloq

İran, Rusiya, Ermənistan üçbucağı çat verib Politoloq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu çat perspektivdə Cənubi Qafqaz ölkələri arasında üçbucağın yaranması ilə əvəz oluna bilər


Cənubi Qafqaz regionunda baş verən son siyasi proseslər bir sıra maraqlı dəyişiklikləri gündəmə gətirir. Xüsusilə Ermənistanın xarici siyasətindəki yeni kursu onun Rusiya və İranla olan ənənəvi münasibətlərinə təsir göstərməkdədir. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində qonşuların digər aktorlarla münasibətlərinin İrana qarşı yönəlməməli olduğunu bildirib. O Ermənistanın bu mühüm prinsipi çox yaxşı başa düşdüyünü qeyd edib. 


Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:


"Ermənistanın Rusiya və İranla birlikdə regionda hər hansı üçbucağı yaratması məsələsi artıq yavaş-yavaş tarixə gömülməkdədir. Çünki Ermənistan Rusiyadan uzaqlaşmağa çalışdığını müxtəlif vasitələrlə bildirir. Məsələn, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün tədbirlərini baykot edib. Həmçinin rusiyalı milyarder Samvel Karapetyanı həbs edib və onun şirkətinin sahib olduğu Ermənistan Kollektiv Təhlükəsizlik Şəbəkəsini milliləşdirmək istəyir. Regionda bu tip üçbucaqların yaradılması və onun perspektivdə faydalı ola biləcək ehtimalı azalır.

Ermənistan avqustun 12-də ABŞ ilə birlikdə hərbi təlim keçirməyə hazırlaşır".


Ekspert Amerikaya yaxın olmaq istəyən Ermənistanın İran və Rusiya ilə "üçbucaq" yaradacağının məntiqli görünmədiyini söyləyib:

"Ermənistan Rusiyadan yavaş-yavaş uzaqlaşmağa çalışır. Buna görə də Rusiya bundan qıcıqlanır. Cənubi Qafqazda Ermənistanı əldən buraxmamaq üçün müxtəlif vasitələrdən istifadə edir. Odur ki, Rusiya Cənubi Qafqazda əvvəllər Ermənistan vasitəsilə oynadığı rolu indi özünün ayrı-ayrı "humanitar" adlı təşkilatları ilə həyata keçirməyə çalışır. Məsələn, "Rossotrudniçestvo" adlı təşkilat vasitəsilə Ermənistan ərazisində "Rusiya sizinlədir" layihəsini gerçəkləşdirməsi Moskvanın Cənubi Qafqazda yürütmək istədiyi yeni yeni görüntüdür. Bu layihə ilə guya Azərbaycana inteqrasiyadan imtina etmiş ermənilərə humanitar yardım göstərilir. Ola bilər ki, bu, perspektivdə Kürdüstanda da həyata keçirilsin". 


Müsahibimiz İran, Rusiya, Ermənistan üçbucağının çat verdiyini deyib: 

"Bu çat perspektivdə Cənubi Qafqaz ölkələri arasında üçbucağın yaranması ilə əvəz oluna bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri