Icma.az
close
up
RU
Ermənistan bəzi məsələlərdə Rusiya ilə razılaşmalıdır Politoloq

Ermənistan bəzi məsələlərdə Rusiya ilə razılaşmalıdır Politoloq

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki media brifinqində iki istiqamət üzrə - Yeraskh-Naxçıvan və Axurik-Türkiyə sərhədi boyunca dəmir yollarının təcili bərpası ilə bağlı Rusiya tərəfinə müraciət edib. Ermənistanın isə bu məsələylə bağlı Rusiya ilə əlaqə qururmasının səbəbi 2008-ci ildə imzalanmış müqavilədir. Müqaviləyə əsasən, Ermənistanın dəmir yolları “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə verilib. Bu şirkət Rusiya Dəmir Yollarının törəmə şirkətidir və bu səbəbdən Ermənistanın yeni dəmir yolları xətləri ilə bağlı məsələləri yalnız Rusiya ilə razılaşdırmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun sözlərinə görə, Ermənistan tərəfindən bəyanatların indi verilməsinin bir neçə əsas səbəbi var:

"Birincisi, Rusiyanın son dövrlərdə Zəngəzur dəhlizinə və TRIPP layihəsi əleyhinə aktiv mövqeyini nümayiş etdirməsidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqin Ermənistanın dəmir yolu şirkətləri olmadığını və regiondakı dəmir yollarının Rusiya dəmir yolu xətləri ilə əlaqələndirilməsi məsələsini yenidən gündəmə gətirib. O, TRIPP layihəsi ilə bağlı Rusiyanın iştirakının vacibliyini qeyd edib və bu layihələrin reallaşmasında Rusiya konsessiya hüququna malik olduğu halda, onun razılaşdırmalarda iştirak etməməsinin problem olduğunu vurğulayıb. Bu, Ermənistan üçün ilk siqnal oldu. Azərbaycan müstəqilliyini əldə etdiyi gündən öz dəmir yolu sistemini özü idarə edir və heç bir xarici dövlətə bu sahədə konsessiya verməyib. Lakin Ermənistanda vəziyyət fərqlidir və Rusiya ilə olan müqavilə TRIPP layihəsinin reallaşmasında Rusiyanın öz tələblərini irəli sürməsinə səbəb olur. Paşinyan media brifinqində bildirdi ki, TRIPP layihəsi ABŞ və Ermənistanın birgə layihəsidir və bu layihəyə üçüncü bir tərəfin yalnız iki tərəfin razılığı ilə daxil olacağına işarə etdi. Eyni zamanda, o, Türkiyə və Azərbaycan sərhədlərindəki dəmir yollarının bərpası ilə bağlı layihələri də Rusiya ilə müzakirə etməyə qərar verdiyini açıqladı. Bu, Rusiyanın nəqliyyat-logistika layihələrindən kənarda qalmaması üçün verilmiş bir mesajdır. Bundan başqa, Paşinyan Axurik-Türkiyə sərhədində dəmir yolunun bərpasını zəruri hesab edir. 28 noyabrda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması çərçivəsində keçirilən görüşlərdə Axurik-Akyaka keçid məntəqəsi müzakirə olunub".

Siyasi şərhçinin fikrincə, Ermənistan bu addımla bütün maraqları və dövlətlərin zəruriyyətlərini ödəməyə çalışır:

"Bu layihə isə Zəngəzur dəhlizinə və ya TRIPP layihəsinə alternativ deyil. Çünki Zəngəzur dəhlizi və TRIPP layihəsinin reallaşması Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli razılaşmaya əsaslanır və Rusiya burada iştirak etmir. Bu layihələrdə əsas məqsəd, “Azərbaycandan Azərbaycana maneəsiz keçid” təmin etməkdir və bu, Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətini göstərir. Ermənistan müəyyən istiqamətlər üzrə dəmir yollarını bərpa edə bilər, bu, Ermənistanın suveren hüququdur. Lakin Zəngəzur dəhlizi və TRIPP layihəsinin reallaşmasında hər hansı bir maneə olmamalıdır. Burada gömrük, polis və ya hər hansı bir başqa müdaxilə olmamalıdır".

O, qeyd etdi ki, Azərbaycan və Ermənistan arasındakı razılaşmalar çərçivəsində regiondakı bütün nəqliyyat xətləri bərpa ediləcək:

"Bu, həm də Türkiyə ilə münasibətlərin normallaşması və yeni nəqliyyat əlaqələrinin qurulması ilə bağlıdır. Paşinyan həm Türkiyə ilə münasibətləri normallaşdırmaq, həm də yeni dəmir yolu xətləri açmaq üçün sürətlə addımlar atır. Bu isə Rusiya ilə balanslı münasibətlərin qorunmasına xidmət edir. Son nəticədə, Zəngəzur dəhlizi və TRIPP layihəsi Azərbaycanın əsas tələbi olan maneəsiz keçidin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Ermənistan bu məsələləri balanslaşdırmağa çalışır, həm ABŞ, həm də Rusiya ilə münasibətlərini eyni vaxtda qorumağa çalışır", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri