İran səfiri Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 mart, AZƏRTAC
Hazırkı şəraitdə İran İslam Respublikasının atdığı addımlar beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququna əsaslanır və qanunidir. Qarşı tərəf hücum və təcavüzlərini davam etdirdiyi halda İran İslam Respublikasının heç bir cavab verməməsi və addım atmaması təbii ki, düzgün yanaşma olmazdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında söyləyib.
Səfir Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib: "Azərbaycan bu çətin dövrdə həm rəsmi, həm də qeyri-rəsmi başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib və öz dəstəyini ifadə edib. Bu, ortaq mədəniyyətimizin və münasibətlərimizin bir göstəricisidir və buna görə təşəkkürümüzü bildiririk.
Mediada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verdiyini görmüsünüz.
Həmçinin xarici işlər nazirləri arasında da telefon danışığı olub. Ceyhun Bayramov və Seyid Abbas Əraqçi son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək.
Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksəksəviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 02 Mart 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















