Icma.az
close
up
RU
İran: Suriyada silahlı mövcudluğumuz yoxdur

İran: Suriyada silahlı mövcudluğumuz yoxdur

İnsanlar Suriyanın yeni hökumətinin və onun izləyəcəyi siyasətin necə olacağı ilə maraqlanarkən, 13 illik vətəndaş müharibəsi boyunca Bəşər Əsədlə sıx əlaqələr quran İrandan yeni açıqlama gəlib.

İran İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Salami Əsəd rejiminin süqutundan sonra Suriyada heç bir silahlı İran varlığının olmadığını açıqlayıb.

Xəbərə görə, Salami İran parlamentində Suriyadakı son hadisələr və İranın izləyəcəyi hərbi strategiyanın müzakirə edildiyi qapalı iclasda çıxış edib.

Salami İranın hərbi müşavirləri və qüvvələrinin Əsəd rejiminin süqutuna qədər Suriyada olduğunu bildirsə də, hazırda İranın Suriyada heç bir hərbi varlığının olmadığını vurğulayıb.

İSRAİL MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB

Görüşdə bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib.

Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.

Mövsüm

Aznews.az

seeBaxış sayı:104
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri