Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Əlimizdən gələni etdik. Amma serb hakim kobud səhvə yol verdi".
İdman.biz xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında "Ordu" ilə keçirdikləri oyunu şərh edəərkən deyib.
Mütəxəssis məğlubiyyətə görə hakimi qınayıb: "Üç xal uduzduğumuz vaxtda üç xallıq atış etdik, həkim də hücum foulu qeydə aldı. Bu da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi. Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirlər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı. Rotasiyamız geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".
Qeyd edək ki, “Quba” bu gün keçirilən qarşılaşmada “Ordu”ya 88:92 hesabı ilə mğlub olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 14 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















